“Kia EV9”-un ilk rəsmi görüntülərini görüntülədi - FOTO

Elektromobil avtomobil dünyasına olduqca sürətli giriş edən “Kia”, yeni nəsil “EV” modelləri ilə də diqqəti üzərinə çəkəcək kimi görünür.
Avtosfer.az xəbər verir ki, markanın elektromobil SUV-i olan EV9, bu yeni səhifənin ilk məhsullarından biri olacaq. Mart ayının son günlərində rəsmi təqdimatı gözlənilən modelin rəsmi görüntüləri isə surpriz şəkildə paylaşılıb.
Xaricdən baxdığımızda modelin ideya halı ilə arasında böyük fərq olmadığını söyləyə bilərik. Avtomobilin künc hissələri daha hamar formada dizayn edilib. Eyni zamanda “EV9”, “Kia”nın uzun müddətdir istifadə etdiyi “Pələng burnu” dizaynının yenilənmiş halı olan “Rəqəmsal pələng burnu” formasını istifadə edir.
Bu dizayn “Kia”nın bütün modellərində standart hala gələn incə fara dəstləri ilə tamamlanıb. Profildə diqqət cəlb edən digər bir detalsa çarpaz açılan dizayna yer verilməməsidir.
Avtomobilin arxa hissəsi konsept modelin karbon surəti olub. Dik şəkildə enən baqaj qapağının hər iki küncündə də incə stoplar var. Qapağın üzərindəki “Kia” loqosu da xüsusilə cəlbedici görsənir.
Eyni zamanda sükan içərisində böyük planşet tipli ekranın ölçülərinin dəyişdiyi qeyd edə bilərik. Bu planşet tipli ekran həm rəqəmsal alətlər panelinə, həm də məlumat-əyləncə sisteminə ev sahibliyi edir.
Təəccübləndirməyən digər detal isə sükan çənbərinin dizayn dəyişikliyidir. Modelin ikinci sıradakı oturacaqlarının qoltuqaltı olduğunu və 180 dərəcə dönə bildiyini də ona özünəməxsusluq verən detallar arasındadır.
Nərmin Əkbər
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
























