Köhnə avtomobillərə yaş limiti tətbiq olunacaq? - EKSPERT CAVABLANDIRDI

Son dövrlər avtomobillərlə əlaqədar yaş limitinin tətbiq ediləcəyi ilə bağlı müzakirələr ictimai marağa səbəb olub.
Bəs, yaxın gələcəkdə bu istiqamətdə konkret qərarların verilməsi real görünürmü?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı “Konkret.az”ın suallarını cavablandıran nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, hazırda avtomobillərə istismar müddətinə görə yaş limiti tətbiqi ilə bağlı hər hansı müzakirə aparılmır.

Ekspertin sözlərinə görə, mövcud qanunvericilikdə yalnız ölkəyə gətirilən avtomobillərlə bağlı istehsal ilinə əsaslanan məhdudiyyət mövcuddur:
“Hazırda Azərbaycana 10 ildən köhnə avtomobillərin idxalına icazə verilmir. Bu, əsasən ekoloji və təhlükəsizlik tələbləri ilə bağlıdır. Lakin artıq ölkədə istismar olunan avtomobillərin yaşına görə əlavə məhdudiyyətin tətbiqi nəzərdə tutulmayıb”.
Elməddin Muradlı əlavə edib ki, avtomobillərlə bağlı hər hansı yeni mexanizmin tətbiqi yalnız ciddi texniki, ekoloji və sosial əsaslandırma olduqda gündəmə gələ bilər. Hazırkı mərhələdə isə bu istiqamətdə konkret təşəbbüs yoxdur.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












