Köhnə qarajdan xəzinə çıxdı - FOTO

Qapısı son dəfə 50 il əvvəl açılmış köhnə, yastı-yapalaq qarajda, sən demə, əsl xəzinə varmış. Orada "Brough Superior" markalı 8 motosikl tapılıb.
"Motosikllərin Rolls-Royce-u" adlandırılan bu motosikllər həddən artıq bahalı, əntiq və nadir ikitəkərli nəqliyyat vasitəsi sayılır.
Qarajda aşkarlanmış 8 motosiklin ilkin satış qiyməti 5 milyon dollardır. Avtosfer.az milli.az-a istinadən bildirir ki, "Brough Superior"lar 1924-1940-cı illərdə dünyanın ən populyar motosiklləri idi.
8 nadir motosikl Britaniyanın Kornuoll qraflığındakı Bodmin şəhərindəki malikanələrdən birinin qarajında idi.
Bu modelin hazırlanmasında tarixə "Ərəbistanlı Lourens" kimi düşən britaniyalı polkovnik-leytenant Tomas Edvard Lourens yaxından iştirak etmişdi.
Lourens 1935-ci ildə, 46 yaşında qəzada həlak olmuşdu.





Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












