Küçə işıqları cinayətləri xəbərləyəcək

ABŞ-da küçə fənərlərinə quraşdırılan yeni "ShotSpotter” sistemi atəş səslərini identifikasiya etməyə və onlar barədə 911 xilasetmə xidmətinə məlumat verməyə imkan verəcək. Avtosfer.az ictnews.az-a istinadən xəbər verir ki, hazırda San-Diyeqo və Ceksonvill şəhərlərində nəqliyyatın hərəkəti, boş parklama yerləri və hava şəraitinin monitorinqi barədə informasiya verən “ağıllı” küçə işıqlandırma sistemi işə salınıb. Küçə fənərlərinin növbəti funksiyası küçə cinayətləri haqqında məlumatın verilməsi olmaqla ümumi şəhər səs-küyündə odlu silahdan açılan atəş səslərinin müəyyənləşdirilməsi olacaq. İntellektual sistem yalnız atəş səslərinə reaksiya verməklə onları fişəng və avtomobil səslərindən seçəcək.
Statistik məlumatlara görə, bu gün 911 xidmətinə küçədə baş verən 10 atışma hadisəsinin yalnız biri barədə məlumat verilir. Yeni texnologiya bunu daha operativ və diqqətlə etməyə imkan verəcək.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












