“Lamborghini” 2022-ci ili rekord satışla bağladı - FOTO

İtalyan sport avtomobil istehsalçısı olan “Lamborghini” üçün ötən ilin olduqca məshsuldar və yararlı keçdiyini vurğulaya bilərik. Avtosfer.az xəbər verir ki, “Lamborghini”nin son günlərdə yaydığı maliyyə xəbərlərinə görə avtomobil istehsalçısı 2022-ci ildə əvvəlki illə müqayisədə 100/20 daha çox gəlir əldə edib. Marka 2021-ci ildə 2.38 milyard avro, 2022-ci ildə isə 2.56 milyard avro gəlir qazanıb.
“Lamborghini”nin konkret qazandığı maddi xeyirə nəzər saldığımızda şirkətin əvvəlki illə müqayisədə 100/56 faiz qazanc əldə etdiyini bariz şəkildə görmək mümkündür.
Şirkətin CEO-su Stephan Wilkemann məsələylə bağlı bu ifadələri səsləndirib: “Təxmini 18 aylıq sifariş siyahımız var. Bu məqsədlə gələcək hədəflərimizə fokuslanmaq üçün uyğun zaman müddətinə sahibik. Təbii ki, bu, “Lamborghini” üçün qızıl dəyərində bir zaman dilimidir. Böyüməyə davam etdiyimiz müddətdə “Lamborghini”yə tarix yazdıq.”
2022-ci ilin 9233 avtomobil çatdırdığını bildirən şirkət, ondan əvvəlki ilin eyni dönəminə görə 100/10 faiz daha çox nəqliyyat vasitəsi təslim edib. Belə ki, 9233 avtomobilin 5367 ədədini “Urus”, 3113 ədədini “Huracan” təşkil edib. Yerdə qalan 753 ədədi isə “Avendator” modelinin payına düşüb.
Qeyd edək ki, şirkətin CEO-su çıxışında “Huracan” modelinin varisinin 2024-cü ildə gələcəyini bildirib.
Nərmin Əkbər
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?

















