“Land Rover”in “Defender Outbound” modeli: Ərazinin kralı artıq səkkiz oturacaqlıdır - FOTO

“Land Rover” 2024 model ili üçün xüsusi buraxılış olan “Outbound” ilə “Defender” modelinə yeniliklər gətirir. Avtosfer.az xəbər verir ki, xüsusi versiyanın “Defender 130” variantı beş oturacaqlı əyləşmə dizaynı ilə P400 benzin və D300 dizel Ingenium mühərrikləri ilə təchiz edilmiş halda qarşımıza çıxır. “Outbound” əlavəsi olan modellər bamperlər və ventilyasiya barmaqlıqları üçün Shadow Atlas mat rəngində fərqli stilə sahib elementlərə və yan havalandırmalar üçün boz çalarlı mavi rəngə malikdir. Disklər 20 qarışlıq parlaq qara rənglə bizi qarşılayarkən, 22 qarışlıq disklər isə Shadow Atlas mat rəng seçimi ilə bizi salamlayır.
“Defender Outbound” ağ, qara, boz və ya daha tünd boz rəng çalarlarında çeşidlərə sahibdir. Salonuna nəzər saldığımız zaman Windsor dəri və ya Resist parça üzlük variantları ilə qarşılaşırıq. Ebony Morzine tavan örtüyü və Robustec çexolları istifadə etməklə isə interyerinə dəbdəbəli hava qatdığını qeyd edə bilərik.
Bundan başqa, “Defender” model ailəsinin ən güclü variantı olan “Defender V8” artıq səkkiz oturacaqlı variantda satılacaq. Yüksək enerjili 5,0 litr olan çeşidlik 493 at qüvvəsi və 610 Nyuton-metr fırlanma anına sahib luks yolsuzluq avtomobili 0-dan 100 km/saat sürətlənməsini 5,7 saniyədə həyata keçirir. Eyni zamanda “Outbound” versiyasına artıq “Defender” ailəsindən olan altı silindrli Ingenium P400 və D300 mühərrik variantları ilə də tərcih etmək mümkündür.
Nərmin Əkbər
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR



















