Lənkəranda təbii fəlakət: körpü uçdu, yol bağlandı, insanlar köçürülür

Fövqəladə Hallar Nazirliyi Cənub bölgəsində güclü yağışların törətdiyi fəsadlar barədə növbəti məlumatı yayıb. Avtosfer.az nazirliyin saytına istinadən xəbər verir ki, oktyabrın 29-dan Lənkəran rayonu ərazisinə yağan yağışlar nəticəsində Lənkəran şəhərindən və bir neçə kənd ərazisindən axan kiçik çaylar daşaraq sahil boyu tikilmiş bəzi evlərin həyətyanı sahələrinə dolub. Lənkəran-İstisu-Havzava yaşayış məntəqələrini birləşdirən körpü qəzalı hala düşüb. Tuədo kəndində dağlardan gələn sel suları nəticəsində avtomobil yolu bağlanıb. Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Mülkü Müdafiə Qoşunları və Rayon İcra Hakimiyyəti birgə təxirəsalınmaz işlər həyata keçirib, həmçinin köməyə ehtiyacı olan insanlar təhlükəsiz əraziyə köçürülüb. Təxirəsalınmaz işlər davam etdirilir.
Baş vermiş hadisə ilə bağlı Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC də məlumat yayıb. ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Avtosfer.az-a bildirib ki, cənub bölgəsində yağan aramsız yağışlar nəticəsində avtomobil yollarında yaranan problemlər ərazilərə "Azəryolservis" ASC tərəfindən cəlb olunmuş canlı qüvvə və texnikanın köməkliyi ilə qısa müddət ərzində aradan qaldırılıb: «Hazırda bölgədə nəqliyyatın hərəkətində hər -hansı bir problem yoxdur. Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkəti təmin olunub.
Bir məsələni xüsusi olaraq qeyd etmək istəyirəm ki, sel suları nəticəsində heç bir avtomobil körpüsü nə uçub, nə də dağılmayıb. Təəssüflər olsun ki, bəzi media orqanları dəqiqləşdirilməmiş, özlərindən yenə də nəsə yazırlar. Onların yazdıqlarına inansaq cənub bölgəsində 10-a yaxın körpü uçub. Bir daha qeyd edirəm ki, belə bir fakt yoxdur. Düzdür, bir neçə körpünün yanaşma yollarının müəyyən hissəsiləri sel suları nəticəsində yuyulub, ancaq bizim əməkdaşlar tərəfindən həmin hissələr tezliklə bərpa edilib. Körpülərin özlərinə heç bir ziyan dəyməyib. Bu barədə daha ətraflı məlumatı sabah yazacam. Hələliksə media nümayəndələrindən xahiş edirəm ki, dəqiqləşdirilməmiş, insanlar arasında təşvişə səbəb olacaq məlumatlar yaymasınlar».
Emin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı













