"Lexus" 2 min, BMW 4 min dollara ola bilməz

"Avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə daxil olan şikayətlərin heç biri öz təsdiqini tapmayıb". Avtosfer.az "report"-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi məsələsinə münasibət bildirərkən deyib.
"Əvvəllər tez-tez qarşılaşdığımız məsələ köhnə maşınlarla bağlı idi. Biz onlara deyirik ki, köhnə maşın alarkən əldə etdiyiniz hansısa sənəd əsas sayıla bilməz. Yəni "Lexus" 2 min dollara, yaxud BMW 4 min dollara ola bilməz. Ona görə də xahiş edirik hesablamanızı onunla aparmayasınız. Gömrük idarəsində bununla bağlı ekspertlər fəaliyyət göstərir. Mərkəzi Gömrük Ekspertiza İdarəsinin mütəxəssisləri qanunvericilikdə nəzərdə tutulan qaydada maşına baxaraq avtonəqliyyat vasitəsinə qiymət qoyur və rəsmiləşdirilmə aparılır", - A.Əliyev bildirib.
O qeyd edib ki, DGK-nın yeni saytı tərtib edilərkən sayta avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı təxmini kalkulyator da yerləşdirilib.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR













