“Lexus LM” Şanxayda təqdim olundu - FOTO

2023 Şanxay avtomobil sərgisinin diqqət çəkən modellərindən biri də “Lexus LM”dir. Avtosfer.az xəbər verir ki, sərgidə ikinci nəsli ilə nümayiş etdirilən luks modelin artıq dünya çərçivəsində müştərilərə təqdim edilməsi planlaşdırılır. “Toyota”, premium brendi olan “Lexus LM” modelini 60-dan çox ölkəyə satmaq istəyir.
Modelin kuzov rəngindəki nəhəng qarşı barmaqlığı ilə yanaşı 19 qarışlıq təkər diskləri ilə gözə çarpan “LM”in uzunluğu 5125 mm, eni 1890 mm və hündürlüyü 1955 mm-dir. Sələfindən 40 sm uzun olan ikinci nəsil “Lexus LM” sürüşən qapıları ilə mikroavtobus seqmentinə dəbdəbə gətirir.
Altı və ya yeddi oturacaqlı variantları ilə təklif ediləcək “Lexus LM” nəhəng salona malikdir. Marka, həmçinin xüsusi sürücüsü olan alıcıları da unutmayaraq yalnız dörd oturacaqlı və iki cərgəli oturma seçiminə sahib seçimi də təqdim edir. İki cərgəli oturma seçimi olan variant 48 qarışlıq nəhəng ekrana malikdir. “Lexus” bu ekranın təkcə əyləncə üçün deyil, həm də onlayn görüşlər üçün istifadə edilə biləcəyini vurğulayıb.
Yaşayış yerinə uyğun soyuducu, geniş saxlama yeri, iki mərhələli qaraltma variantına sahib olan arxa tərəfi ilə sürücü bölməsini ayıran rəng tündləşdirən pəncərəsi və 50 müxtəlif rəngli ətraf işıqlandırma sistemi daxildir.
“Lexus LM”nin kapotunun altında nə olduğu barədə hələlik rəsmi məlumat verilməsə də, böyük ehtimal ikinci nəsil “Lexus LM” 2,4 litrlik turbo mühərrikli, yaxud 2,5 litrlik hibrid çeşidləriylə istehlakçılara təqdim olunacaq.
Nərmin Əkbər
Hibrid avtomobillərin yayda yanacaq sərfiyyatının artmasının səbəbi
Mercedes-Benz GLE və E-Class üçün ötənilki şərtlər geri qayıdır
Avtomobilin arxa oturacağında neçə nəfər daşına bilər? - VİDEO
BYD “Volkswagen”in “Şüşə manufaktura”sını alır - VİDEO
“Tesla” 2 modelin istehsalını dayandırdı - FOTOLAR
Yeni “Niva” belə olacaq - FOTOLAR
Ən çox xarab olan avtomobillər – SİYAHI - FOTOLAR
Hər litr yanacağa necə qənaət etmək olar? - Faydalı MƏSLƏHƏTLƏR
Avtomobil istehsalçıları 8 milyard avro itirdi - Artırılmış rüsumlar görə
Azərbaycanda İkinci Dünya müharibəsi zamanı sürücülük imtahanı - FOTOLAR
Dizel avtobuslardan imtina havanı təmizlədi - XARİCİ TƏCRÜBƏ

















