Lexus şirkəti yenilənmiş ES sedanını Şanxayda təqdim edəcək

Lexus markasının təklif etdiyi yeddinci nəsil ES sedanı həyat dövrünün tam ortasına yaxınlaşıb: ilk dəfə yeni modeli 2018-ci ildə Pekin avtosalonunda nümayiş etdiriblər. Bu günlərdə premium yapon markası sedanın yenilənmiş versiyasını təqdim edəcəyi bildirib. Yenilənmiş modelin təqdimatı iki il əvvəl olduğu kimi Çində, ancaq Pekində deyil, Şanxayda keçiriləcəkdir.
Avtosfer.az autograph.az-a istinadən bildirir ki, dərc edilmiş tizerdən göründüyü kimi, sedan yüngül şəkildə yenilənmiş ön fənərlərə və gündüz hərəkət işıqlarının dəyişdirilmiş naxışına sahib olacaqdır. Qısa videoçarxda avtomobili arxa tərəfdən də görmək mümkündür - burada tanış işıq texnikasını, baqaj qapağındakı spoyleri və AWD loqotipini görmək olar.
Sedanın opsional avadanlıq siyahısına daxil edilmiş tam ötürmə sistemi arxa oxu qoşan muftaya malikdir və keçən il Şimali Amerika bazarında satılan ES modelində debüt edib. Tam ötürmə sistemi Toyota Camry və RAV4 modellərində tətbiq edilən sistemlə eyni sxemə malikdir.
Lexus ES modelinin salonunda və texniki hissəsində baş verəcək dəyişikliklər barədə nə isə söyləmək mümkün deyil. İstənilən halda, daha ətraflı təfərrüatları öyrənmək üçün 19 aprel tarixini gözləmək gərəkdir.
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












