“Mağazadan çıxdım ki, maşınım alovlanıb” – Usta SƏBƏBLƏRİNİ AÇIQLAYIB

“Getdim, baxdım gördüm ki, tüstüləməyə başlayıb. Çox qısa vaxtda yandı kül oldu”
“Mağazaya düşüb getdim, gəldim gördüm ki, maşın alovlanıb”
Bu sözləri son bir neçə ayda tez-tez eşitmişik.
Fəsildən asılı olmayaraq avtomobillərin qəfil alışıb yandığının şahidi oluruq. İstər dayanmış, istərsə də hərəkətdə olan vəziyyətdə avtomobil alışa bilir. Yayda qızmar günəş şüalarından alışdığı deyilən maşınlar təəssüf ki, sərin havalarda belə qəfil yanmağa başlayıb.
Bir müddət öncə bu hal Milli Məclisin yanında baş verib. Yolda dayanan “Cehvrolet Kruz” qəfil yanmağa başlayıb.
Maraqlıdır, maşınlar niyə yanır? Nədən baş verir? Sürücülər nəyə diqqət etməlidirlər?
Bu barədə lent.az elektrik, maşın ustası Nihad Qasımov səbəbləri açıqlayıb.
Onun sözlərinə görə, maşın yanmalarına səbəb əlavə avadanlıqların qoyulmasıdır:
“Maşının öz təchizatından əlavə avadanlıqlar, ksenon bloklar qoyulur. Bundan əlavə, naqillərin çürüməsi isə köhnə maşınlarda olur. Naqillərin üstü quruyur, tökülür. O da digərləri ilə əlaqəyə girir. Nəticədə yanğın baş verir.
Naqillərin köhnəlməsi, əlavə siqnal, eləcə də işıq sistemlərinin qoşulması qısaqapanmaya gətirib çıxarır. Xaricdən gətirilən, müdaxilə sükanı sağdan sola keçirilən avtomobillərdə də yanğın təhlükəsi var.
Məsələn, 55 vt lampa yerinə, 100 vt qoyanda ərimə baş verir. Lampa yerindən çıxır, başlayır alışma verməyə”.
Usta bildirib ki, maşın alarkən elektrik sisteminə xüsusi diqqət edilməlidir:
“Avtomobil alarkən elektrik sistemi mütləq yoxlanılmalıdır. Sükanın dəyişdirilməsinə, lampalarda yüksək vt qoyulmasından qaçmaq lazımdır. Nəqliyyat vasitələrin zavod istehsalı necədirsə, elə də idarə olunmalıdır”.
Xatırlatmaq lazımdır ki, avtomobilə edilən müxtəlif müdaxilələr nəticəsində cərimələnə bilərsiniz.
Belə ki, İnzibati Xətalar Məcəlləsinə görə, avadanlığın quraşdırılması və dəyişdirilməsinə görə 150 manat, xüsusi icazə olmadan səsgücləndirici və ya sayrışan işıqların istifadəsinə görə isə 500 manatdan 800 manatadək cərimə nəzərdə tutulur.
Cərimə ballarının ləğvi və 30-a qaldırılması Milli Məclisdə müzakirəyə çıxarıldı - ŞAD XƏBƏR
Avropalı ekspert: çinli istehsalçılar yaponların yolu ilə gedirlər
Sovetin əfsanəsi geri döndü: yeni “Volqa” fantastik qiymətə satışda - FOTO
Təkər əyriliyinə görə yaranan problemlər
Etibarnamə ilə alınan avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ
“Toyota”nın saxta transmissiyası
İndiyə kimi neçə avtomobil utilizasiyaya verilib? – RƏSMİ AÇIQLAMA
Sürücüsüz avtomobillərlə bağlı TƏLƏBLƏR müəyyənləşir - Hansı hallarda İCAZƏ VERİLƏCƏK?
Elektromobillər daha az sürülür
Avtomobil sahiblərini gözləyən YENİ XƏRCLƏR – Rekord bahalaşma yaxınlaşır
Azərbaycana avtomobil idxalı azalıb: Qiymətlər bahalaşacaq?










