Magistrallarda sürət həddini azaldın! - Agentlikdən çağırış

Beynəlxalq Enerji Agentliyi (BEA) dünya ölkələrinin hökumətlərinə avtomagistrallarda hərəkət sürətini 10 km/saat azaltmağı və ictimai nəqliyyatın inkişafını təşviq etməyi tövsiyə edib. Qurumun bildirdiyinə görə, bu tədbirlər neft qiymətlərinin kəskin artımı və Yaxın Şərqdəki münaqişə fonunda fosil yanacaq çatışmazlığı riskinin qarşısını almaq üçün zəruridir. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu barədə "The Guardian” qəzeti məlumat yayıb.
BEA yanacağa qənaət məqsədilə hökumətlərə əlavə olaraq səkkiz tədbir də təklif edib:
* Evdən işləmənin təşviqi ilə benzin sərfiyyatının azaldılması;
* Böyük şəhərlərdə avtomobillərin yollara çıxışının nömrə nişanlarının növbəli istifadəsi sxemi ilə məhdudlaşdırılması;
* Avtomobillərin birgə istifadəsi praktikasının genişləndirilməsi;
* Kommersiya nəqliyyat vasitələrinin yüklənməsinin optimallaşdırılması və texniki xidmətin yaxşılaşdırılması yolu ilə səmərəli idarəetmənin təşviqi;
* Qazın nəqliyyatdan məişət ehtiyaclarına, məsələn, yemək bişirməyə yönləndirilməsi;
* Aviareyslərin azaldılması;
* Mayeləşdirilmiş qazdan asılılığın azaldılması üçün elektrik plitələrindən və alternativ bişirmə üsullarından istifadənin təşviqi;
* Sənaye müəssisələrinə qaz qənaəti məqsədilə digər xammal növlərinə keçiddə dəstək göstərilməsi.
"The Guardian” qeyd edir ki, agentlik bu tövsiyələri ABŞ-ın münaqişədən çıxış üçün aydın strategiyasının olmaması ilə bağlı artan narahatlıqlar fonunda irəli sürüb. Bu strategiya Hörmüz boğazından gəmilərin sabit keçidini təmin edə bilər.
Martın 20-də ABŞ prezidenti Donald Tramp İranla atəşkəsin mümkün olmadığını bəyan edib. O, həmçinin ABŞ-ın Hörmüz boğazını qorumaq öhdəliyini rədd edərək bildirib ki, bunu ondan istifadə edən ölkələr etməlidir. Prezidentin fikrincə, müəyyən bir məqamda dəniz dəhlizi öz-özünə açılacaq. ABŞ hakimiyyəti İranla hərbi əməliyyatların əvvəlində Hörmüz boğazında gəmilərin müşayiətini təmin edəcəyini vəd etsə də, indiyədək bu addımı atmayıb.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












