Maraqla gözlənilən “Fiat 500e” Türkiyədə satışa çıxarıldı - FOTO

İlk dəfə 1957-ci ildən başlayaraq avtomobil dünyasının simvolik modelləri arasında yer alan “Fiat 500”ün yeni və tamamilə elektromobil versiyası satışa çıxarıldı.
Avtosfer.az xəbər verir ki, “La Prima by Bocelli” versiyası ilə FIAT salonlardakı yerini alan 500e, ekoloji yanaşmasını, bənzərsiz və zamansız dizaynı, performansı, səssiz və vibrasiyasız sürmə hissiylə birləşdirir.
FIAT-ın 1957-ci ildə təqdim etdiyi 500, Dante Giacosa tərəfindən dizayn edildi və İkinci Dünya müharibəsindən sonra FIAT tərəfindən tətbiq olunan iddialı inkişaf etdirmə və yeniləmə strategiyasından yaranan italyan xalqına nəql azadlığı həsr edən birinci nəsil “Fiat 500”, heyrətamiz hekayəsi ilə avtomobil dünyasında özəl yerə sahib oldu.
2007-ci ildə keçmiç dizaynı ilə əlaqəsini itirməyərək yollara çıxan ikinci nəsil “Fiat 500”, moda və dizaynın nümunəsi halına gəldi. Bugün isə tamamilə elektromobil versiyası, qabaqcıl əlaqə üsulları və sürətli şarj seçimləri ilə sıfır emissiyalı nəqliyyatın simvolik modeli olmağa hazırlanır.
“Fiat 500e” La Prima Hatchback gövdə tipi təxmini 46 min dollar, 3+1 gövdə tipi 48 min dollar, Cabrio gövdə seçimli versiyası isə 49 min dollardan başlayan qiymətlərlə “fiatonline” platforması və bütün salonlarda yerini alır.
Avtomobilin sürətli şarj olma özəlliyi 35 dəqiqədə 100/80 faiz nisbətindədir. Yeni “Fiat 500e”nin elektrik mühərriki 0km/saatdan 100km/saata 9,0 saniyədə çıxarkən, 0km/saatdan 50km/saata 3,1 saniyədə çatır.
“Fiat 500e”, standart olaraq təqdim etdiyi Avtonom Sürmə Səviyyə 2 xüsusiyyətləri ilə şəhərdaxili nəqletmədə sürücüyə komfort verir. Ağıllı Adaptiv Sürət Sabitləmə Sistemi (iACC) ilə öndəki nəqliyyat vasitəsini izləyərək sabit sürətdə sürmə həyata keçirərkən təcili təhlükəsizlik əyləci avtomobil, velosiped və ya keçidləri “dərk edərək” tormozlama edə bilir. Eyni zamanda model, geri görmə kamerası, yorğunluq üzrə köməkçi və təcili yardım çağırışı kimi funskiyaları da istifadəçilərə təqdim edir. Həmçinin şəhərdaxili kor nöqtə xəbərdarlıq etmə sistemi nəqliyyat vasitəsinin kor nöqtəsində başqa bir avtomobili müəyyən etməsi ilə güzgüdə görünən sarı işıqla sürücüyə xəbər verir. 360 dərəcəli sensorlarla təchiz olunan Panaromik Park Köməkçisi isə avtomobilin dörd bir yanını quş baxışı alaraq manevrlərdə risk yarada biləcək əngəl olması halında sürücüyə xəbərdarlıq edir.
Nərmin Əkbər
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
















