Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - Bu avtomobillərə güzəşt olacaq - VİDEO

Hazırda ölkəyə idxal edilən və istehsal tarixi 3 ildən yuxarı, mühərrik həcmi isə 2500 kub/santimetrdən çox olmayan hibrid avtomobillərə əlavə güzəştlərin edilməsi üçün təkliflər hazırlanır.
Avtosfer.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, hazırda idxal zamanı ƏDV-dən azad edilən bu kateqoriya avtomobillər üçün başqa güzəştlər də tətbiq oluna bilər.
Müşavir həddindən artıq köhnə olan avtomobil parkından da danışıb. Onun sözlərinə görə, ölkədəki avtomobillərin 80 faizindən çoxunun yaşı 10 ildən çoxdur. Təmiz ekologiyaya sahib olmaq və avtomobil parkının yenilənməsi üçün utilizasiya proqramı hazırlanıb. Yaxın vaxtlarda bu layihənin icrasına başlanacaq.
Rasim Səttarzadə Xəzər dənizində su səviyyəsinin düşməsinə də münasibət bildirib. Onun sözlərinə görə, suyunun artıb-azalması Xəzərə xarakterik hal olsa da, son illər bu azalma normaldan daha uzun çəkir.
Həmçinin suyun azalması dənizdə temperaturun artmasına və bioresursların bundan mənfi təsirlənməsində də gətirib çıxarır.
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?












