Maşın nömrələrində hansı rəqəmlərdən istifadə etməmək daha yaxşıdır

Tarix boyu insanlar rəqəmləri bəxt gətirən və bədbəxtlik gətirənlərə bölüblər. Müvafiq olaraq, maşın alarkən bir çox sürücü nömrələrdəki rəqəmlərə çox diqqət yetirir.
Avtosfer.az bildirir ki, inanclara görə, maşın nömrələri üçün 6, 9 və 13 rəqəmləri şanssız sayılır. 6 rəqəmi həmişə əlverişsiz hesab edilib və şeytanla əlaqələndirilib. İddialara görə, məhvetmə enerjisi daşıyır və çox təhlükəli sayılır.
Həmçinin, 9 rəqəmi şanssız olaraq qəbul edilir, çünki bu, təhlükəli sayılan 6 rəqəmin tərs çevrilmiş formasıdır. Digərləri bunu insanın öldüyü gündən sayılan doqquz günlük matəmlə əlaqələndirirlər. 13 rəqəmi şeytanın onluğu hesab olunur və pis ruhlarla əlaqəli dağıdıcı enerji daşıdığına inanılır.
Bundan əlavə, bir çox ölkələrdə 5, 7 və 8 şanslı rəqəmlər hesab olunur. 5 çox vaxt yaxşı şeylərlə əlaqələndirilir. 7 rəqəmi şanslı sayılır, çünki İncildə Allah Yeri məhz yeddi gündən sonra yaratmışdır. Möminlər üçün 8 rəqəmi özünəməxsus şəkildə əhəmiyyətli hesab olunur, çünki o, sonsuzluq əlamətidir, dominant keyfiyyətlər daşıyır və qalibiyyətin əlaməti hesab olunur.
“Əgər siz belə fikirlərə inanırsınızsa, uğursuz rəqəmləri olan nömrələrdən qaçınmaq və uğurlu rəqəmləri olan nömrələri seçmək daha yaxşı olar”, - məlumatda vurğulanır.
Lent.az
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?










