Maşın satışı 50 faiz azalmışdı, yenə düşəcək

Dolların məzənnəsinin qalxmasından az sonra Mərkəzi Bank rəhbərliyi bəyan etdi: “Üzən məzənnə rejiminə keçid idxalın kəskin azalmasına səbəb olmalıdır”.
Bundan başqa, bazarı qorumaq üçün xaricdən gətirilən dəbdəbəli mallara və zinət əşyalarına qarşı rüsum siyasəti sərtləşdirilməlidir.
Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun bu söylədiyini xaricdən mal gətirən bəzi iş adamları skeptik qarşılayırlar.
Adının çəkilməsini istəməyən avtomobil salonlarından birinin əməkdaşı deyir ki, rüsum siyasəti sərtləşərsə, onların durumu daha da çətinləşəcək. O, hətta bəzi filialların bağlana biləcəyini də istisna etmir: “Maşın alan olmayandan sonra şirkət neyləyəcək? Məcbur bazarı tərk edəcək...”
“Nurgün motors”un marketinq meneceri Orxan Məmmədov "Azadlıq" radiosuna dekabr devalvasiyasından sonra qiymətləri qaldırmadıqlarını bildirir. Ancaq rüsumlar artacağı halda qiymətlərin də avtomatik qalxacağını söyləyir: "Əlbəttə, bahalanacaq. Bu da nəticədə alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olacaq. Fevral devalvasiyasından sonra alıcılıq qabiliyyəti 50 faiz aşağı düşmüşdü. Yəqin indi bir az da aşağı düşəcək. Ona görə də istər-istəməz, 2016-cı ilin yanvarından qiymətlər qaldırılacaq".
Babək prospektində yerləşən “Yağmur” mebel mağazasında əsasən Türkiyədən gətirilən mallar satılır. Vitrində köhnə qiymətlər görünsə də satıcı dolların məzənnəsinin qalxdığını eşidən kimi rəhbərliyin qiymətləri 15 faiz artırdığını söyləyir: "Uşaqlar üçün satdığımız ikimərtəbəli çarpayını bazar ertəsinə kimi satışa 900 manata qoymuşduq. Bazar günü gələn müştərilərə 100 manatlıq endirim də edə bilərdik. Ancaq dollar bahalaşanda biz də məcbur qalıb qiyməti 15 faiz artırdıq. İndi həmin çarpayını müştəriyə 1035 manata satırıq. Endirimdənsə söhbət gedə bilməz. Biz malı Türkiyədən gətiririk. Dollar qalxdığı üçün məcburuq qiyməti qaldırmağa. Bunu baha satmalıyıq ki, yeni mal vura bilək. Onsuz da son aylarda satış dayanıb. Artıq bir filialımız bağlanıb".
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










