Maşındakı bu problem sizi yolda qoya bilər - 500 manata qədər xərci var

Avtomobilin benzin nasos problemi çox vaxt sürücülər üçün narahatlıq yarada bilər. Benzin nasosu mühərrikə yanacaq təmin edən əsas hissədir. Nasos işləmədikdə və ya zəif işlədikdə, avtomobilin performansı aşağı düşür və ciddi nasazlıqlar yaranır.
Avtosfer.az xəbər verir ki, benzin nasosunun problemli olduğunu göstərən əsas əlamətlər bunlardır: mühərrikə yanacaq çatmadığı üçün avtomobil çətin işə düşür və ya tam işə düşmür. Sürüş zamanı güc itir, mühərrik sönür və ya titrəməyə başlayır. Yanacaq sərfiyyatında artım və qeyri-sabit sürət hiss oluna bilər. Bəzən avtomobil tam dayanır və bir daha işə düşmür.
Benzin nasosunun təmiri və ya dəyişdirilməsi xərci avtomobilin markasına, modelinə və nasosun növünə görə dəyişir. Ümumiyyətlə, təmir və ya yeni nasosun quraşdırılması 150-400 manat arasında başa gələ bilər. Avadanlıq və işçilik xərcləri fərqli ustalardan asılı olaraq dəyişə bilər.
Benzin nasosu problemi vaxtında aşkar edilərsə, daha böyük nasazlıqların qarşısını almaq olur. Vaxtında servisə müraciət etmək avtomobilin uzunömürlülüyünü təmin edir və təhlükəsizliyi artırır.(milli.az)
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












