Maşını bu halda olanlar cərimələnəcək - VİDEO

Dövlət qeydiyyat nişanı çirkli olan avtomobil sahibləri cəzalanacaq. Payız və qış aylarında yolarda çirkli su, palçıq yaranır. Belə havalarda metereoloji şərait yollarda hərəkətdə olan nəqliyyat vasitələrinin işini çətinləşdirir. Buna baxmayaraq sürücülər yağışlı havalarda avtomobillərinin həm ön, həm də arxa dövlət qeydiyyat nişanlarını təmiz saxlamırlar. Onların görünməsini təmin etmirlər.
Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirdi ki, əgər yol boyu qeydiyyat nişanları çirklənib, üstü örtülürsə o zaman sürücü ara-sıra avtomobili saxlayıb onu təmizləməlidir. Bəzən isə sürücülər özləri nömrələrin üstünü birazda çirkləndirirlər ki, qayda pozuntusu zamanı radara düşməsinlər.
Mütəxəssis Ərşad Hüseynov deyir ki, sürücülər avtomobillərinin qeydiyyat nişanını təmiz olub-olmamasına tez-tez nəzarət etməlidirlər. Qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və qurğulardan istifadə edirlərsə o zaman belə sürücülər cərimələnir. Nömrə nişanı 40 m məsafədən ayfın oxunmalıdır. Əgər oxunmursa, onda çirkli hesab olunur. Əgər sürücü özü qəsdən nömrənin üsütünü müxtəlif cihaz və maddələrlə örtərsə bü sürücüyə 500-800 manat arası başa gələcək. Yox əgər yağışlı havadan çirklənərsə, onda sürücüləri 40 manat cərimə gözləyir.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










