Maşını kimin fikri ilə alırıq?

Qadınların əksəriyyəti avtomobil alarkən həyat yoldaşının fikrini əsas götürür. Avtosfer.az xəbər verir ki, Britaniyanın “Rocket Fuel” araşdırma şirkətinin apardığı son sorğunun nəticələrinə görə, respondentlərin 24%-i etiraf edib ki, ərlərinin, arvadlarının, partnyorlarının fikri avtomobil seçimində onlara “böyük təsir” göstərib. Bununla yanaşı, qadınlar partnyorunun fikrini kişilərdən 25% daha çox dinləyir. Respondentlərin 22%-i avtomobilin qiymətini əsas götürür. Sorğuda iştirak edənlərin bir hissəsi əvvəl aldıqları avtomobillərin keyfiyyətini, həmçinin almaq istədikləri avtomobilə internetdə yazılan rəyləri əsas faktor hesab edir. Maraqlıdır ki, satış menecerinin fikirləri avtomobil seçimində valideyn və yaxın dostların fikirlərindən daha az rol oynayır.
Ümumilikdə sorğuda iştirak edən 329 avtomobil alıcısının 76%-i qeyd edib ki, avtomobil almazdan öncə onunla bağlı onlayn nəsə alırlar. Adətən bu, seçilmiş avtomobilin test-drayvı və ya istismar kitabçası olur.

Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












