Maşını olanlar, MÜTLƏQ OXUYUN! - Olimpiya açıqlaması

Bakıda avtomobillərin küçələrdə parklanması ləğv ediləcək. Bakı şəhər İcra Hakimiyyətindən Avtosfer.az-a verilən məlumata görə, I Avropa Oyunları keçiriləcək ərəfədə küçələrdə avtomobillərin dayanmasına imkan verilməyəcək. "Park edilən avtomobillər xəbərdarlıq edilmədən evakuator vasitəsilə götürüləcək. Vətəndaşlar Avropa Oyunları zamanı xüsusi ayrılacaq ictimai nəqliyyat vasitələrindən istifadə edə bilərlər. Bu səbəbdən, xahiş edilir ki, vətəndaşlar mümkün qədər şəxsi avtomobillərindən istifadə etməsinlər", - deyə məlumatda bildirilir. İlk əvvəl müəyyən şirkət və şəxslərə Avropa Oyunları keçirilən ərazilərə avtomobillə giriş üçün lisenziyanın verilməsi nəzərdə tutulsa da bu proses artıq dayandırılıb.
Qeyd edək ki, Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib ki, I Avropa Oyunları zamanı ictimai nəqliyyat 20 saatlıq iş rejiminə keçəcək. Avropa Oyunları ilə bağlı 300 avtobus xəttə buraxılacaq. Bundan başqa, ekspress avtobuslar fəaliyyət göstərəcək. Oyunları izləmək istəyən tamaşaçılar avtomobilləri yalnız parketmə yerlərində saxlaya biləcəklər. Oradan isə ekspress avtobuslarla lazımi obyektlərə aparılacaqlar. N.Həsənov deyib ki, qanunsuz taksi növlərinə tam qadağa qoyulacaq. Parketmə işlərinə nəzarət gücləndiriləcək. Xatırladaq ki, daha öncə məlumat verilmişdi ki, Avropa Oyunları zamanı Bakıda avtomobillərdən istifadə edilməsi üçün müvafiq qurumlardan xüsusi buraxılış (lisenziya) vərəqəsi almalı idi.
Emin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












