"Maşını şəhər kənarında saxlayın" - XƏBƏRDARLIQ

Avropa Oyunları ərəfəsində nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət qoyulacaq.
Avtosfer.az anstv-yə istinadən xəbər verir ki, məhdudiyyət Avropa Oyunlarının keçirildiyi yollardan istifadə edən nəqliyyat vasitələrinə şamil olunacaq. Bununla bağlı Nəqliyyat Nazirliyi sürücülərə xəbərdarlıq edir. Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirdi ki, əgər Bakı-Dairəvi yolunda I Avropa Oyunları ilə əlaqədar hansısa bir oyun keçirilərsə, o zaman nəqliyyatın hərəkətində məhdudiyyətlər olacaq.
“Məhdudiyyət ümumidir. Kimin haradan gəlməsindən asılı olmayaraq, fərq qoyulmur. İstər rayondan gələn, istərdə də paytaxt sakinlərinə. Hər kəsin üzünə giriş qapıları açıqdır. Sadəcə oyunlar keçirilən ərəfədə xahiş olunur ki, mümkün qədər ictiami nəqliyyatdan istifadə edilsin. Öz avtomobillərini şəhərin kənarında saxlasınlar”, - deyə Namiq Həsənov əlavə edib.
Qeyd edək ki, I Avropa Oyunları iyunun 12-dən 28-dək Bakıda keçiriləcək.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












