Banner

Maşınlar nə qədər bahalaşacaq - CƏDVƏL

Avtoxəbər 1 Yanvar 2015 11:52 Oxunub 5319
Maşınlar nə qədər bahalaşacaq - CƏDVƏL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xaricdən gətirilən avtomobillər 100 manatdan 13300 manata qədər bahalaşa bilər

Vergi Məcəlləsinə edilən dəyişikliklər nəticəsində, Azərbaycana xaricdən gətirilən avtomobillərə görə ödənilən aksiz vergisi nəzərə çarpacaq dərəcədə artacaq, bu isə avtomobillərin son qiymətində özünü göstərəcək. Fins.az-ın hesablamalarına görə, mühərrikin həcmindən asılı olaraq xaricdən gətirilən avtomobillər 100-manatdan tutmuş 13300 manata qədər bahalaşacaq.

Aksizlər nə qədər artacaq?

 

Xəbər verildiyi kimi Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən 2015-ci ildən etibarən xaricdən ölkəmizə gətirilən avtomobillərə görə tutulan aksiz dərəcələri artırılıb. Belə ki, mühərrikinini həcmi 2 min kubsantimetrə qədər olan avtomobillərdə mühərrikin hər kubuna görə aksiz vergisinin məbləği 15 qəpikdən 20 qəpiyə, mühərriki 2000-300 kubsantimetr olan avtomobillərdə 1 manatdan 1,5 manata, 3000-4000 kubsantimetr olan avtomobillərdə 2 manatdan 4 manata, 4000-5000 kubsantimetr avtomobillərdə 4 manatdan 8 manata, mühərrikinin həcmi 5 000 kubsantimetrdən artıq olan avtomobillərdə isə 10 manata qaldırılıb.

 

Avtomobillər nə qədər bahalaşacaq?

 

Beləliklə, yuxarıda göstərilən dəyişikliklərə uyğun olaraq ölkəyə gətirilən avtomobillər arasında mühərrikinin həcmi 2000 kubsantimetrə qədər olanlar maksimum 100 manata bahalaşacaq. Mühərrikinin həcmi 2000-3000 kubsantimetr olan avtomobillərin qiyməti minimum 100 manat, maksimum 600 manat artacaq.  Mühərriki 3000-4000 kubsantimetr olan avtomobillər isə minimum 600 manat, maksimum 2600 manat bahalaşacaq. Mühərrikinin həcmi 4000-5000 kubsantimetr olan avtomobillərin qiyməti minimum 2 600 manat, maksimum 6 600 manat artacaq. Mühərriki 5000 kubsantimetrdən artıq olan avtomobillər isə minimum 7300 manat bahalaşacaq.

 

Sonuncu gün açıqlanan dəyişiklik

 

Şübhə yoxdur ki, bu qərardan sonra nəinki xaricdən gətirilən avtomobillər, hətta hazırda ölkənin avtomobil bazarındakı maınlar da bahalaşacaq. Eləcə də bu məlumatın əvvəlcədən yayılması xaricdən kütləvi şəkildə avtomobil gətirilməsi isə səbəb ola bilərdi. Görünür elə buna görə, hökumət aksiz dərəcələri ilə bağlı dəyişiklikləri yalnız ilin sonuna iki gün qalmış açıqladı.

 

 

Vergitutma obyektinin adı

Aksiz dərəcəsi

Qiymət artımı

İndiyədək

2015-dən

Minik avtomobilləri:

- mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda

Mühərrikin həcminin hər kub santimetrinə görə — 0,15 manat

Mühərrikin həcminin hər kubsantimetrinə görə - 0,20 manat

Maksimum

100 manat

- mühərrikin həcmi 2001-3000 kubsantimetr olduqda

300 manat + mühərrikin həcminin 2001 — 3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 1 manat

400 manat + mühərrikin həcminin 2001-3000 kub santimetr hissəsi üçün hər kubsantimetrə görə - 1,5 manat

100-600

Manat

- mühərrikin həcmi 3001-4000 kubsantimetr olduqda

 

1300 manat + mühərrikin həcminin 3001 — 4000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 2 manat

 

1900 manat + mühərrikin həcminin

3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 4 manat

600-2600

 Manat

- mühərrikin həcmi 4001-5000 kubsantimetr olduqda

3300 manat + mühərrikin həcminin 4000 kub santimetrindən çox hissəsi üçün hər kub santimetrə görə — 4 manat

 

5900 manat + mühərrikin həcminin

4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 8 manat

2600-6600 manat

- mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda

6600 manat + mühərrikin həcminin 5000 kub santimetrindən çox hissəsi üçün hər kub santimetrə görə — 4 manat

13900 manat + mühərrikin həcminin 5000 kub santimetrdən çox olan hissəsi üçün hər kubsantimetrə görə - 10 manat

Minimum  7300manat

ŞƏRH YAZ
Ad

E-mail

Şərh