Mayda bağlanacaq yollar - SİYAHI

“TOUR d`AZERBAİJAN” beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar bəzi yollarda hərəkət məhdudlaşdırılacaq. Avtosfer.az xəbər verir ki, mayın 6-da saat 09.00-dan 14.30-dək Dövlət Bayrağı Meydanından Bibiheybət - Salyan şosesi (M2) - Sahil qəsəbəsi - Dairəvi yol Qızıldaş - Müşfiq postu - Bakı-Şamaxı yolu(M4) - Sulutəpə - Ekologiya postu - Bakı-Quba şosesi (M1) - Masazır - Novxanı (Akvapark) - Corat qəsəbəsi (dənizqırağı yol) - Sumqayıt istiqamətində və Sumqayıt şəhərinin bir sıra mərkəzi küçələrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Mayın 7-də saat 09.00-dan 15.30-dək Bakı şəhərindən Şamaxı-İsmayıllı istiqamətində nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Ayın 8-də saat 09.00-dan 15.00-dək Qəbələ-Oğuz-Şəki istiqamətində və Şəki şəhərinin bir sıra mərkəzi küçələrində, 9-da saat 09.00-dan 13.30-dək Qəbələ-Ağdaş-Xaldan dairəsi-Yevlax-Bakı-Qazax yolu-Mingəçevir yolu-Mingəçevir şəhəri-Mingəçevir-Xaldan dairəsi-Mingəçevir şəhəri "Kür" avarçəkmə bazasınədək hərəkət müvəqqəti olaraq məhdudlaşdırlacaq.
Mayın 10-da isə səhər saat 10.00-dan 15.00-dək Bakı şəhərində Azadlıq meydanı – Rəşid Behbudov - Zərifə Əliyeva - Neftçilər prospekti – İstiqlaliyyət - Sona Vəliyeva - Lermontov - Teymur Elçin - Mehdi Hüseyn - Parlament prospekti - Hüseyn Cavid prospekti - İnşaatçılar prospekti - Bakıxanov küçəsi - Səməd Vurğun - Şəmsi Bədəlbəyli - Bülbül prospekti - Üzeyir Hacıbəyov - Rixard Zorge - Neftçilər prospekti - Azadlıq Meydanı - Kiçik Qala küçəsi - Qoşa Qala qapısı marşrutu üzrə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq,
Göstərilən vaxtlarda alternativ yollardan istifadə olunmasını xahiş edilir.
Fidan
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












