"Mazda" markasının adı ilə bağlı maraqlı məqam: Azərbaycan tarixinin izi var

Avtoxəbər 15 Yanvar 2023 23:41 Oxunub 2846
"Mazda" markasının adı ilə bağlı maraqlı məqam: Azərbaycan tarixinin izi var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtomobil markalarının adları çox maraqlı və daima gündəmdə olan mövzulardandır. Son yüz ildə avtomobil firmaları dəfələrlə ad və loqo dəyişib, hətta daxili bazarda bir, kənarda isə başqa adla satılmaq da tam normal qəbul edilib. (məsələn, VAZ-2107 – Lada Toscani).
Avtosfer.az sizə bəzi avtomobil adlarının açıqlamasını təqdim edir. 
“Nissan” sözü yapon iş adamı Aikavanın 1928-də qurduğu “Nippon Sanqyo” şirkətinin qısaltması olub, “Yapon sənayesi” mənasını verir.
“Toyota”nın isə adı bir qədər fərqli olub. Toxuculuq dəzgahı istehsal edən “Toyoda” şirkəti 1933-cü ildə avtomobil istehsalına başlarkən, daha yaxşı səslənsin deyə “Toyoda” yerinə “Toyota” işlətməyə başladılar.
Valter Krayslerin rəhbərlik etdiyi “Maxwell Motor Company” 1924-cü ildə çox məşhur bir avtomobili satışa çıxardı. Avtomobilin hörmət qazandığı üçün “Maxwell” şirkətinin adını avtomobilin adı olan “Chrysler”lə dəyişdilər (yaxşı göstərsə atamın adını qoyacam məsəli yerinə düşür – müəl.)
“Honda” şirkətinin adı onun rəhbəri Soişiro Honda ilə bağlıdır.
“Mazda”nın adı Avestadakı xeyir tanrısı Hörmüzdən (Avropa dillərinə tərcümədə Ahura-Mazda). Yaponların nədən Azərbaycan tarixinə aid bu adı seçdiklərini bilmək maraqlı olardı.
“General Motors”dan ayrıldıqdan sonra, Anri Düran, isveçli mühəndis Lui Şevrole ilə iş  qurdu və şirkəti onun şərəfinə “Chevrolet” adlandırdı. Şirkətin loqosu da İsveç bayrağındakı xaçdan qaynaqlanır.
Avstriyanın fransadakı konsulu Emil Jelinek 1900-cü ildə Qotlieb Daymlerə 36 ədəd avtomobil sifariş verir. Anlaşmaya görə, avtomobillərə Jelinekin kiçik qızı Mersedesin adı verilməli idi. Beləliklə, məşhur markanın bu günədək dəyişməyən adı meydana çıxdı. Xatırladaq ki, bu gün də İspaniya və Fransada bir çox valideynlər qızlarına Mersedes adı verirlər. Aleksandr Dümanın “Monte Kristo qrafı” romanındakı personajlardan da birinin adı Mersedesdir.
İsveç şirkəti olan “Volvo”nun adı latın dilindəki “Volvere” – dönmək, fırlanmaq felinin indiki zaman formasısdır (I şəxsdə).
“Cadillac” sözü isə, 18-ci əsrin əvvəllərində Detroyt şəhərini quran Syör dö Kadillakın adı ilə bağlıdır.
Görkəmli konstruktor “Ferdinand Porşe”nin zəhmətinin bəhrəsi olan “Volkswagen” alman dilində “xalq avtomobili” mənasını verir.  VAZ-ın 1975-ci ildə “Porsche” ilə birgə hazırladığı model “Lada Porsche” adlanır. Cəmi 1 ədəd istehsal olunmuş bu avtomobil, “VAZ-2103”lə oxşar texniki xüsusiyyətlərə malikdir. 
Porşenin sonradan qurduğu firma da elə öz adı (Porsche) ilə adlanıb.
“Opel” şirkətinin adı, onun qurucusu olan Adam Opeldən gəlir.
“Renault” şirkətinin də adı eynən fransız konstruktor Lui Renodan qaynaqlanır.
“Citroën”in adı isə polyak mənşəli fransız mühəndisi Andre Sitroenlə bağlıdır.
Sovet avtomobillərində isə adlandırma istehsalçı zavodla əlaqədar olub. Məsələn, QAZ, QAZ-SAZ, MAZ, BelAZ, MTZ, MoAZ, Bakaz, UAZ və sair. Bu adlarla yanaşı qeyri rəsmi adlandırmalardan da geniş istifadə edilib. Məsələn VAZ-2101 – Kopeyka, UAZ-469 – Kozlik, ZAZ – Zapı, Moskviç – Mosu, QAZ-AA – Polutorka  və sair. Bu ənənəni Rusiya və Belarus avtosənayesi olduğu kimi təhvil alıb.

Vüqar

ŞƏRH YAZ
Ad

E-mail

Şərh