“Mazda”lar da bahalaşdı

Azərbaycanda satılan “Mazda” markalı minik avtomobillərinin qiyməti artıb. Avtosfer.az fins.az-a istinadən məlumat verir ki, bahalaşma bu maşınlara tətbiq edilən endirimlərin ləğv edilməsi ilə bağlıdır. Məsələn, 2 min manatlıq endirimin ləğvindən sonra “Mazda 3” 23900 manata satılır. “Mazda 2” almaq istəyənlər isə indiyə qədər 14 min manata olan avtomobilə görə indi əlavə 900 manat ödəməli olacaqlar. “Mazda CX 5” modelinin qiyməti 22 500 manatdan 24 900 manata, “Mazda 6” modelinin qiyməti isə 29900 manatdan 34000 manata yüksəlib. Ən böyük bahalaşma isə “Mazda CX 9” modelində olub. Avtomobil 4900 manatlıq endirim ləğv edildikdən sonra 41900 manata satılır. “Mazda” avtomobillərinin qiymətində növbəti artım isə gələn ay olacaq. “Mazda Azerbaijan” şirkətindən fins.az-a verilən məlumata görə, bahalaşma Azərbaycanda manatın kəskin ucuzlaşdırılması ilə əlaqədardır. Hər maşının qiymətində 3-4 min manatlıq artım gözlənilir. Şirkətin satış departamentindən bildirilib ki, fevral-mart aylarında gözlənilənlərin əksinə olaraq satışlarda artım müşahidə edilib. Belə ki, qiymətlərin qalxacağını bilən müştərilər daha cəld hərəkət edərək avtomobil sahibi olmağa çalışıblar. Bu isə satışların bir qədər artmasına təsir göstərib.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












