“Mazda”nın CEO-su yaxın günlərdə dəyişir - FOTO

“Toyota” və “Subaru”dan sonra “Mazda” CEO-sunu dəyişdirir.
Avtosfer.az xəbər verir ki, Yapon istehsalçılarının CEO-ları bir-bir dəyişərkən “Mazda” da o sıraya qatıldı. “Mazda” CEO-su Akira Marumato gələcək aylarda vəzifəsindən istefa edib yerini Masahiro Moro-ya verəcək.
Hal-hazırda “Mazda”nın üst sinif rəhbərliyini və direktorluğunu icra edən Moro, təxmini 40 ilə yaxın müddətdə şirkətdə fəaliyyət göstərir. Markanın indiki CEO-su olan Akira Marumato isə 2018-ci ildən şirkətin hazırkı vəzifəsini həyata keçirir.
Nikkei Asia-ya görə “Mazda”nın yeni namizədi Masahiro Moro son illərdə mühəndislik və istehsalat sahəsində heç bir təcrübəsi olmayan ilk CEO-sudur. Bununla yanaşı Moro, son zamanlarda şirkətin Şimali Amerika bazarında güclənməsini reallaşdıran taktikalar edib. Belə ki, Şimali Amerika bazarı “Mazda”nın qlobal avtomobil satışlarının 100/30-sunu təşkil edir.
Qeyd edək ki, “Mazda” əvvəlki aylarda ABŞ bazarında basqın olmasını gözlədiyi “CX-50” modelini tanıtdı. Onunla bərabər “CX-90” modeli də eyni pilləni paylaşır.
Onu da vurğulayaq ki, “Mazda”nın elektromobil versiyasının müddəti üç mərhələli olacaq. “Mazda” bu sektorda nəhəng iştirakçılardan olmadığı üçün elektromobil mərhələni uzun zamanda başa vuracaq. Bu səbəbdən “Mazda” gələcək on il müddətində tamamilə elektromobil avtomobil istehsal edən şirkət olduğunu iddia etmir.
Nərmin Əkbər
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?













