Məhkumları daşıyan maşın qəzaya düşdü - ÖLƏN VAR

Ədliyyə Nazirliyi Penitensiar Xidmətə məxsus olan, məhkumların daşınması üçün nəzərdə tutulan nəqliyyat vasitəsi ilə “Pajero” markalı avtomobil toqquşub. Avtosfer.az xəbər verir ki, “Yeni Müsavat”a daxil olan məlumata görə, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində baş vermiş qəza zamanı “Pajero” markalı avtomobilin sürücüsü dünyasını dəyişib.
Daxili İşlər Nazirliyi saytında yer alan məlumatda bildirilir ki, iyulun 25-də 17 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Elxan Hacıyevin idarə etdiyi “Toyota” və Tofiq Xudabaxşiyevin idarə etdiyi “QAZ-3309” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü xəstəxanaya yerləşdirilib, E.Hacıyev orada ölüb. Saytda məhkumları daşıyan “QAZ-3309” markalı avtomobildə məhkumların xəsarət alıb-almaması haqda məlumat verilmir.
Verilən məlumata görə, olay məhkumlar məhkəməyə aparılarkən baş verib. Qəza zamanı sürücüdən başqa nəzarətçilər və 6 məhkum müxtəlif dərəcəli xəsarətlər alıblar. Qəzanın “Pajero” markalı avtomobilin yüksək sürətlə idarə olunması və yolun əks tərəfinə çıxması səbəbindən baş verdiyi bildirilir.
Hazırda faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












