Məmurlara bahalı avtomobil almaq qadağan edildi

Səudiyyə kralı Salman ibn Əbdüləziz yeni qənaət qərarını maliyyə naziriliyinə göndərərək qənaət tədbirlərinin bütün nazirliklərə çatdırılmasını tələb edib. İngiltərənin "The Guardian" qəzetinin məlumatına əsasən, Səudiyyəli məmurların bahalı avtomobillər, bahalı mebellər alması qadağan edilib. Səudiyyəli məmurların səyahət xərcləri isə kəskin şəkildə tənqid edilib. Bundan əlavə bütün "premiyalar" (maliyyə mükafatı) və təzminat ödənişlərinin dayandırılması tələb edilir. Həmçinin kral Salman neftdən gələn gəlirlərin sürətli şəkildə maliyyə nazirliyinin xəzinəsinə köçürülməsini əmr edib. Qeyd edək ki, Səudiyyə Ərəbistanın büdcəsinin 90 faizinin neft gəlirlərindən əldə etməsi və neft qiymətinin 50 faiz aşağı düşməsi, Yəmənə təcavüzü bu ölkənin maliyyə vəziyyətinə ciddi təsir edib. Bu səbəbdən Səudiyyə höküməti beynəlxalq maliyyə və investisiya təşkilatlarından 70 milyard ABŞ dolları dəyərində vəsaitini geri götürüb. Maliyyə vəsaitini israfla göyə sovuran Səudiyyə vəziyyətin kritik həddə çatmasından sonra qənaət etmək fikrinə düşüb.
İslamazeri
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












