“Mercedes-Benz” Çində iş yerlərini ixtisar edəcək

“Mercedes-Benz” şirkəti özünün ən böyük bazarında əmək xərclərini dörddəbir azaltmaq məqsədinə çatmaq üçün 2027-ci ilə qədər Çində iş yerlərini ixtisar edəcək.
Avtosfer.az "Azərtaca"a istinadən xəbər verir ki, Almaniyanın dəbdəbəli avtomobil istehsalçısı ötən həftə Çində qiymət rəqabətinin güclənməsi və qlobal ticarət gərginliyinin artması fonunda 2025-ci ildə mənfəətin əhəmiyyətli dərəcədə aşağı olacağı barədə xəbərdarlıq edərək, bütün dünya üzrə əlavə xərclərin azaldılması anonsunu verib.
“Reuters” agentliyi xəbər verir ki, “Mercedes-Benz” çərşənbə axşamı Çindəki satış və maliyyə törəmə şirkətlərində çalışanlara bu iş yerlərinin təxminən 10-15 faizini ixtisar edəcəyini bildirib. Şirkət bu ilin sonunda İT və hüquq kimi digər funksional bölmələrdə də analoji ixtisarlar etməyi planlaşdırır.
Şirkətin Çində təxminən 5 min işçisi var.
Ancaq “Mercedes-Benz” öz məhsullarını daha rəqabətədavamlı etmək üçün yerli təchizatçılarla fəal tərəfdaşlıq etməyi planlaşdırır və Çinə sərmayələri ikiqat artırır.
Şirkət, bir çox digər böyük xarici avtomobil istehsalçıları kimi, Çində böyük rəqabətli elektrik və hibrid avtomobil seqmentində BYD kimi yerli rəqiblərə məğlub olduğu üçün son illərdə satış itkiləri ilə üzləşir.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












