“Mercedes-Benz”-dən yenilik - FOTO

Azərbaycanda yenilənmiş “G-class” oktyabrda satışa çıxarılacaq. “Mercedes-Benz” yenilənmiş “G-class” yolsuzluq avtomobilini təqdim edib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, xarici dəyişikliklərdən başqa model G 500 versiyasının yeni V8 4.0 biturbomühərrik, modernizə edilmiş V6 3.0 turbodizeli, eləcə də AMG mühərriki də alıb.
“Mercedes-Benz”-in Azərbaycanda yeganə rəsmi dilleri olan AUTOSTAR KAUKASUS şirkəti, yenilənmiş avtomobili “G-class”ın Azərbaycanda satışa 2015-ci ilin oktyabrında çıxarılacağını bildirib.
G 500 sıfırdan yüzə qədər sürəti 5,9 saniyəyə, dizel G350 d – 8,9 saniyəyə, AMG G 63/65 5,4 və 5,3 saniyəyə yığır. AMG üslubunda kuzo, geniş qanadlardan ibarət yeniliklər sayəsində “G-class” indi daha qabaritli görünür.
“Keçici” G 500-ə maraq göstərməyənlərə isə modernizə edilmiş turbodizel V6 3.0 (245 l.s., 600 Нм), biturbo-V8 5.5 (571 l.s., 760 Нм) və V12 6.0 (630 l.s., 1000 Нм) ünvanlanıb.
Xarici yeniliklər: yüngül şəkildə yaxşılaşdırılmış panel, tənzimləmə sisteminin köklənməsi, ABS və amortizatorlar (G500 - adaptasiya edilmiş, ikirejimlidir), eləcə də AMG versiyası üçün solar beam, tomato red, alien green, sunset beam və galactic beam parlaq rənglər.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












