“Mercedes” qayda pozdu, cərimə “Niva”ya göndərildi: 090-la 900-ü kim səhv salıb? - FOTO

Bakının Nəsib bəy Yusifbəyli 74 ünvanında yanlış parklanmaya görə yazılan cərimədə yaranan texniki səhv aradan qaldırılıb. Bunu oxu.az-a Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev bildirib. Onun sözlərinə görə, texniki səhv olub və səhv aradan qaldırılıb: “İnzibati cərimə ləğv edilib”, - deyə N.Piriyev bildirib.
***
“Başqa sürücünün cəriməsini mənim adıma sistemə vurublar”. Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a müraciət daxil olub. Müraciətdə qeyd olunub ki, 06.07.2021-ci il tarixi saat 13:30 radələrində Bakının Nəsibbəy Yusifbəyli 74 ünvanında “Mercedes-Benz” markalı 10 FL 900 dövlət nömrə nişanlı avtomobilə cərimə yazılıb. “Lakin cərimə mənim adıma göndərilib. Belə ki, sözügedən tarixdə mənə aid olan VAZ-2121 (NİVA) markalı 10 FL 090 dövlət nömrə nişanlı avtomobil həmin ərazidə park edilməyib. Nəticədə İnzibati Xətalar Məcəlləsinin (İXM) 346.2 maddəsi əsas götürülərək (Maddə 346.2 -ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə) mənə 40 manat cərimə yazılıb və mənim elektron kabinetimə göndərilib.
Məsələ ilə bağlı aidiyyəti üzrə müvafiq orqanlara müraciət etsəm də baş verən yanlışlıq düzəldilməyib”.
Səsboğucu hansı hallarda qanunidir? - Maşın həvəskarlarının DİQQƏTİNƏ - 150 MANAT CƏRİMƏ
Yarım əsrlik “Niva” 60 min manata satışa çıxarıldı - FOTOLAR
Açıq səma altında avtomobil muzeyi tarixə qovuşdu - FOTO
Elektromobil və hibrid satışında növbəti rekord
Beton yolun insan səhhəti üçün zərərli olduğu bildirilir - FOTO
Avtomobil bazarında SON VƏZİYYƏT - VİDEO
Tamamilə Yeni RAV4 – Hər macərada daha möhkəm və daha rahat - FOTO
Hibrid avtomobillərin yayda yanacaq sərfiyyatının artmasının səbəbi
Mercedes-Benz GLE və E-Class üçün ötənilki şərtlər geri qayıdır
Avtomobilin arxa oturacağında neçə nəfər daşına bilər? - VİDEO
BYD “Volkswagen”in “Şüşə manufaktura”sını alır - VİDEO










