"Mercedes" və "BMW" Rusiyada zəmanətsiz satılır

Bəlkə də ilk baxışdan kiməsə inandırıcı gəlməyə bilər. Axı hələ “dəmir pərdə” və soyuq müharibə zamanı SSRİ-yə idxal edilən Mercedes, BMW və digər alman texnikası üçün servis vardı, ehtiyat hissə idxal edilirdi. 21-ci əsrdə isə əks proses baş verir.
Avtosfer.az-ın xəbərinə görə, səbəb sadədir. Ukrayna müharibəsi başlayandan sonra bütün Avropa brendləri kimi alman avtomobil markaları da anbarda qalan texnikanı sataraq Rusiyanı tərk edib. Lakin sanksiya rus alıcının alman maşınına marağını azaltmayıb. Çıxış yolu isə paralel idxaldır, yəni dost ölkələrdən almaq.
Lakin bu da problemsiz ötüşmür. Əvvəla, təkrar ixrac edilmiş maşın daha baha başa gəlir. Ən əsası isə, bu zaman bütün riskləri alıcı öz üzərinə götürür. Heç bir avtosalon xaricə satılan avtomobilə zəmanət vermir. Üstəgəl, Rusiyada lüks avtomobillərin ehtiyat hissələri çox baha və defisitdir. ən başlıcası isə son model avtomobillərin proqram təminatını Rusiya ərazisində yeniləmək mümkün deyil.
Vüqar
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın












