"Mercedes" yenə "BMW"dən geri qaldı

BMW elektrikli avtomobil satışlarında Mercedes-Benz Group ilə arasındakı fərqi xeyli artırıb. Mercedes-Benz 2025-ci ildə 2024-cü illə müqayisədə 9 faiz azalma ilə 168 min 800 ədəd tam elektrikli avtomobil (elektromobil) satıb. Eyni dövrdə BMW-nin elektrikli avtomobil satışı 3,6 faiz artaraq 442 min 72 ədəd olub. Marja xəbər verir ki, Mercedes-in baş icraçı direktoru Ola Källenius elektrikli avtomobillər sahəsində şirkətin rəqiblərinə çatmağsına çalışır. 2026-cı il Çinli avtomobil istehsalçılarının artan payı, eləcə də Asiya və Avropada istehlakçı etimadının qeyri-sabit qalması fonunda Källenius-un Mercedes-i daha üst seqmentdə mövqeləndirmə strategiyası üçün çətin sınaq olacaq. 2025-ci il G-Seriyası yolsuzluq avtomobilinin rekord satış göstəriciləri kimi bəzi müsbət nəticələr gətirsə də, Mercedes ABŞ-ın tətbiq etdiyi gömrük rüsumları və lüks seqmentə daxil olan Çinli istehsalçıların güclənən rəqabəti ilə mübarizə aparır. 2025-ci ildə Mercedes-in ümumi avtomobil satışı isə 9 faiz azalaraq 1,8 milyon ədədə düşüb.Beləliklə, avtomobil istehsalçısı zəif nəticələrlə yadda qalan daha bir ili geridə qoyub. Yerli avtomobil markaları ilə rəqabət gücləndiyi halda, Çinə tədarüklər 19 faiz azalıb. E-Class kimi orta ölçülü modellər də daxil olmaqla əsas seqmentlərdə satışlar qlobal miqyasda 10 faiz azalaraq 1,05 milyon ədəd təşkil edib.
Bununla belə, elektrikli portfeldə canlanma əlamətləri var. Mercedes-in yeni CLA elektrikli sedanı Brüssel Beynəlxalq Avtomobil Sərgisində Avropada ilin avtomobili seçilib və həm CLA, həm də bazara yeni çıxacaq GLC EV üçün sifarişlər 2026-cı ilin ikinci yarısına qədər doludur.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












