Mərkəzi Bank sığorta şirkətlərinə vaxt verdi - Bütün maşınlar sığortalanacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) avtomobillərin icbari sığortasını həyata keçirən sığorta şirkətləri qarşısında yeni tələb qoyub.
Avtosfer.az xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımovun qərarı ilə 4 fevral 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər”də dəyişikliklər edilib.
Dəyişikliyə əsasən, sığorta şirkətləri icbari avtosığortanın həyata keçirilməsinə icazə verilməsi üçün sığortalılarla müvafiq icbari sığorta müqaviləsinin öz rəsmi internet səhifəsi vasitəsilə bağlanması imkanına malik olmalıdır. Yəni, bununla bağlı texniki tələbləri yerinə yetirməlidir. Qərara əsasən, tələblərin yerinə yetirilməsi üçün sığorta şirkətlərinə 10 gün müddət verilib.
Qeyd edək ki, indiyə qədər sığorta şirkətlərinin rəsmi səhifələrindən avtomobillərin icbari sığorta müqaviləsini əldə etməklə bağlı çətinliklər hökm sürürdü. Əksər hallarda sığorta şirkətləri rəsmi səhifələri vasitəsilə onlayn qaydada avtomobillərin icbari sığortasından yayınırdı.
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?












