Metro polisləri treninqlərə başladı - VİDEO

İyunun 12-dən 28-nə kimi Bakıda keçiriləcək Birinci Avropa Oyunları ilə əlaqədar Bakı metropolitenin də fəaliyyətində bir sıra yeniliklər edilir. Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Xəzərxəbər-ə verdiyi məlumata görə, «Bakı Metropoliteni» QSC-nin rəhbərliyi Avropa Oyunları zamanı metropolitenin təhlükəsizlik məsələlərini nəzərə alaraq, 2012-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi etmiş London şəhərinin təcrübəsinə müraciət edib. «Bakı Metropoliteni» QSC-nin dəvəti ilə Böyük Britaniya paytaxtında metropoliten şəbəkəsini də əhatə edən «Transport for London» şirkətinin mütəxəssisləri dünəndən təhlükəsizliyin təminatı ilə bağlı metropoliteninin mühafizəsi üzrə polis şöbəsinin əməkdaşları ilə treninqlərə başlayıblar. 5 gün davam edəcək seminarlarda «Transport for London»un infrastruktur məsələləri və əməliyyat üzrə proqram direktoru Corc Makaynalti (George McInulty) və mütəxəssis Hyu Makkey (Hugh Mackay) London metrosunun təcrübəsi ilə bölüşərək, xüsusi proqram əsasında seminarlar keçirir.
Treninqin ilk təliminin mövzusu polis əməkdaşlarının davranış qaydalarında sosial-psixoloji məsələlərə diqqət edilməsi olub.
Bakıya gələcək turistlərin fərqli ölkəni, fərqli mədəniyyəti, fərqli dünya görüşə malik mühiti təmsil edə biləcəyinin nəzərə alınması və bu zaman davranışın maksimum nəzakət və tövsiyə xarakterli olması vacibdir. Daha bir məsələ polisin iş vaxtı diqqət etməli olduğu məsələlər, onlara kompleks və fərdi yanaşma metodları və konkret məqamları ilə bağlıdır. Stansiyada sərnişinlərin daim hərəkətdə olması, qatara vaxtında minib-düşməsi və s. kimi məsələlər nəzərə alınaraq, mütəxəssislər bəzi təkliflərini, tövsiyyələrini əyani nümunələr əsasında veriblər.
London Olimpiya Oyunlarının təcrübəsinə əsasən, açılış və bağlanış mərasimləri, eyni zamanda yarışların keçirildiyi arenalar və onlara yaxın metro stansiyalarında iş prinsiplərinin təşkili, bundan başqa həmin arenalarda yarışların başlama və başa çatma saatlarına uyğun olaraq, bəzi məsələlər polis şöbəsi əməkdaşlarının diqqətinə çatdırılıb.
Qeyd edək ki, təlimlər eyni zamanda “Bakı Metropoliteni” QSC-nin digər əməkdaşları üçün də təşkil ediləcək.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










