Mexaniki avtomobil alsaz, bu xərclərdən AZAD OLACAQSIZ

Mexaniki idarə olunan avtomobillərin sayı getdikcə azalır. Bunun səbəbi isə bəllidir: üç pedallı avtomobili idarə etmək yeni nəsil sürücülərə daha çətin gəlir. Amma mexaniki idarə olunma sistemini peşəkarcasına öyrənəndən sonra avtomatik idarəolunma da bəzi insanlara sadə görünür.
Avtosfer.az mexaniki idarə olunan maşınların üstünlüyünü diqqətinizə çatdırır:
1. Əvvəla mexaniki ötürücülü maşınlar daha ucuz olur.
2. Mexaniki ötürücü daha etibarlıdır. Xarab olduqda onu münasib qiymətə başqası ilə əvəzləmək mümkündür.
3. Mexanika yanacağa qənaət edir. Qaz pedalından düzgün istifadə etdikdə litrlərlə yanacağa qənaət etmiş olacaqsız. Hətta naşı sürücü belə avtomat ötürücü ilə müqayisədə 10-15% qənaət edir.
4. Mexaniki ötürücü əyləci qoruyur. Bu da o deməkdir ki, əyləc pedalını və diskini tez-tez dəyişməyə gərək qalmayacaq ki, bu da bir qənaətdir.
5. Mexaniki ötürücü həmişə işlək vəziyyətdə olur. Hətta çökmüş akkumlyatorda belə mexanikanı işlətmək olur – maşını hərəkətə gətirir, avtomatda isə bu, mümkün deyil. Yaxud mexanik maşını buksirə qoşmaq olur, avtomatı isə olmur.
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır












