“MHERO 817” təqdim olundu - Güc, texnologiya və premium komfort bir arada - FOTOLAR - VİDEO

Premium SUV seqmentinin yeni modeli “MHERO 817” rəsmi olaraq təqdim olunub. Model yüksək performansı, qabaqcıl texnologiyaları və yolsuzluq imkanları ilə seçilir.
“Dongfeng Motor Corporation” tərəfindən hazırlanan “MHERO 817” tam rama (Body-on-Frame) konstruksiyası sayəsində çətin relyeflərdə yüksək dayanıqlıq nümayiş etdirir, eyni zamanda şəhər istifadəsində premium komfort təqdim edir. Arxa təkərlərin dönmə sistemi və pnevmatik asqı isə avtomobilin idarəetməsini daha çevik və rahat edir.
Salon hissəsində Nappa dəri interyer, rəqəmsal kokpit və yüksəkkeyfiyyətli materiallardan istifadə olunub. Güc aqreqatı 1,5 litrlik turbo mühərrik və elektrik mühərriklərinin birgə fəaliyyəti nəticəsində 750 at gücü və 848 Nm fırlanma anı hasil edir. Avtomobil 0–100 km/saat sürətlənməsini 5,2 saniyəyə tamamlayır.
“MHERO 817” beynəlxalq eksport versiyası olaraq “Apple CarPlay”, “YouTube”, qlobal naviqasiya və digər multimedia funksiyalarını tam şəkildə dəstəkləyir.
Model üçün təqdim olunan 10 il zəmanət və limitsiz yürüş proqramı isə premium seqmentdə istifadəçilərə uzunmüddətli etibar və rahatlıq təqdim edən əsas üstünlüklərdən biri kimi ön plana çıxır.
“SCM Motors” – “M-Hero” avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru.
Bakı, Aşıq Molla Cümə küçəsi 44
Telefon: (055) 535 77 77




Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












