Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

Avtomobil ehtiyat hissələri bazarında paradoksal bir vəziyyət yaranıb: "orijinal" markası çoxdan keyfiyyət zəmanəti olmaqdan çıxıb. Araşdırmalar göstərir ki, orijinal kimi satılan hissələrin 30 faizə qədəri şübhəli mənşəyə malikdir. Avtomobil sahibləri hər il xeyli miqdarda artıq pul ödəyir, lakin qarşılığında gözlənilən keyfiyyəti əldə etmirlər. Avtosfer.az-ın Oxu.az-a istinadla verdiyi məlumata görə, rusiyalı avtomobil mütəxəssisi Konstantin Liqaçyov bu barədə danışıb. Onun sözlərinə görə, hətta avtomobil istehsalçısının brendi altında satılan hissələr belə keyfiyyət baxımından ciddi şəkildə fərqlənə bilər. Bəziləri, həqiqətən də, yeni avtomobillərlə eyni konveyerdən çıxır. Digərləri isə kənar şirkətlər tərəfindən istehsal olunur. Üçüncülər isə köhnəlmiş və istismardan çıxarılmış avadanlıqlarda hazırlanır.
Zəmanət, yoxsa şans oyunu?
O, hər "orijinal" detalın yüksək keyfiyyətə malik olmadığı barədə xəbərdarlıq edib. "Hər şey onun haradan alındığından asılıdır. Rəsmi dilerdən alınan ehtiyat hissələri, adətən, sertifikatlı olur, zəmanət təqdim edilir və keyfiyyət sabit olur. Amma bazarda və kiçik mağazalarda vəziyyət fərqlidir - burada hər şey şansa bağlıdır", - deyə Liqaçyov bildirir.
Loqo hər şey demək deyil
Qablaşdırma üzərində tanınmış avtomobil brendinin loqosu olsa da, bu, onun yüksək keyfiyyətli məhsul olduğuna zəmanət vermir. Çünki bəzi hissələr iri şirkətlərin illərlə istifadə etdiyi və sonradan istifadədən çıxardığı köhnə avadanlıqlarda istehsal olunur. Bu prosesdə isə ucuz materiallardan və sadələşdirilmiş texnologiyalardan istifadə edilir.
Almaq, ya almamaq - necə qərar verməli?
Əgər siz avtomobilinizdən etibarlılıq, uzunömürlülük və rəsmi zəmanət gözləyirsinizsə, yalnız tanınmış və rəsmi mənbələrdən alınmış orijinal detallar seçməlisiniz. Amma əgər məqsədiniz sadəcə mənzil başına çatmaqdırsa, daha əlçatan alternativlər də iş görə bilər. Əsas məsələ aldığınız detallarla bağlı nəyi gözlədiyinizi və hansı risklərə getdiyinizi dərk etməkdir.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










