Milyonerlərin pulları əllərində qalıb, almağa 0 km maşın tapmırlar

Pandemiya zamanı yaranan çip böhranı bütün avtomobil sənayesini dərindən sarsıdıb. İstehsalın yavaşlaması markaların tədarükündə problem yaratdığından gözləmə müddəti günbəgün uzanmağa davam edir. Avtosfer.az bildirir ki, premium markaların istifadəçiləri bahalı avtomobillər üçün çox uzun müddət gözləməli olur. Məsələn, "Rolls-Royce" dileri önümüzdəki altı ay üçün heç bir sifariş qəbul etmir. Bu səbəbdən yazıq milyonerlər ikinci əl, yəni işlənmiş avtomobillərə yönəlməli olublar. Yaranan vəziyyət isə bu cür modellərin qiymətlərinin daha da bahalaşmasına səbəb olub.
Yalnız iyun ayında premium ikinci əl satış qiymətlərində 30% artım olduğu müşahidə edilib. Başqa sözlə çip böhranı ikinci əl avtomobil sektorundan da yan keçməyib. "Rolls-Royce" istifadəçiləri heç olmadığı qədər "Provenance" adlı ikinci əl proqramından istifadə etməyə başlayıb.
Eyni şey "Ferrari" və "McLaren" kimi markalar üçün də keçərlidir.
Aysel
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO











