Mister Binin maşını 12,2 milyon dollara satıldı – FOTO

Dünyanın "Mister Bin" kimi tanıdığı britaniyalı aktyor Rouen Atkinson iki dəfə qəzaya düşmüş McLaren F1 avtomobilini hərracda satdırıb. 18 il əvvəl istehsal olunmuş superlüks avtomobil 12,2 milyona satılıb. Avtosfer.az thedailymail-ə istinadən bildirir ki, 60 yaşlı "Mister Bin" bu avtomobili 1997-ci ildə 640 min funt-sterlinqə satın almışdı. Aktyorun McLareni iki dəfə qəzaya düşüb. Atkinson 1999-cu ildə Lankaşir qraflığındakı A6 şossesində maşını ağaca çırpmış, 2011-ci ildə isə Piterbor yaxınlığında yük maşını ilə toqquşmuşdu. İkinci qəzada R.Atkinsonun çiyin sümüyü sınmış, avtomobil isə xurd-xəşil olmuşdu. 18 illik istismar zamanı "Mister Bin" avtomobillə 90 min kilometr qət edib. Buna rəğmən o, maşını sataraq təqribən 10 milyon dollar gəlir əldə edib. "Avtomobili heç zaman sərmayə mənbəyi saymamışam. Maşını onun ruhuna, sürətinə görə almışdım. Belə maşını istənilən səyahətdə sürmək həzz, ləzzətdir", - Rouen Atkinson deyib.
"Taylor & Crawley" avtodilinq mərkəzində satışa çıxarılmış avtomobili Britaniya vətəndaşı alıb. Onun adı açıqlanmır. Bu əməliyyat Britaniyada ən bahalı avtomobil satışlarından biri saylıır. Rouen Atkinsonun qarajında Honda NSX, Jaguar MK7, Aston Martin DB2, 1939-cu il buraxılışlı BMW 328 və Rolls Royce Phantom Coupe avtomobilləri var.






W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










