“Mitsubishi”nin yol xəritəsi açıqlandı - FOTO

Bir çox elektromobil avtomobil istehsalçısı, eləcə də yapon markası olan “Mitsubishi” üçün bu yaxınlarda orta müddətli yol xəritəsi açıqlandı.
Avtosfer.az xəbər verir ki, “Challange 2025” olaraq adlandırılan yol xəritəsində bir çox hibrid və tamamilə elektromobil modellər mövcuddur. “Mitsubishi” qarşıdakı beş il ərzində 16 yeni avtomobil təqdim edəcək. Onlardan doqquzu hibrid və ya tamamilə elektromobil modellərdən ibarət olacaq.
2023-2025-ci illər üçün çəkilən yol xəritəsinə baxdığımızda 2024-cü ildə pickup modeli görürük. Daha doğrusu pickup təməlli digər modellərlə müqayisədə çox insan daşıyan növ desək daha məqsədəuyğun olar.
Yapon marka, həmçinin 2028-ci ilə qədər bir neçə elektromobil model təqdimatını da planlayır. “Mitsubishi”, 2030-cu ilə qədər satışların yarısının elektromobil modellərdən olmasına ümid edir. Bu səbəbdən yapon marka elektromobil modellərini gücləndirmək üçün istifadə edəcəyi batareyaları istehsal etmək adına 1.5 milyard dollarlıq investisiya qoymağı düşünür.
2035-ci ilə sürətli bir şəkildə keçmiş olsaq “Mitsubishi”nin istehsal dilimində elektromobil və hibrid modellər yer alacaq. “Mitsubishi”, Şimali Amerika bazarı üçün qarşıdakı üç il boyunca “Nissan” ilə ortaq olmaq istəyir.
Beləliklə “Mitsubishi”, Amerika bazarını yaxından tanıyan “Nissan” ilə birlikdə işləyib məhsul çeşidini düzgün formada təşkil edə biləcək.
Nərmin Əkbər
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?













