MMX protokolla bağlı sürücülərin və yol polisinin vəzifəsi budur

Tanınmış hüquqşünas Ərşad Hüseynov uzun müddətdir həllini gözləyən MMX protokol məsələsi ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, əsas problemlərdən biri elektron protokolun ödəniş sistemlərinə yerləşdirilməməsi və sürücünün cəriməni ödəyə bilməməsidir: "Hətta təbliğat aparılır ki, guya bu halda və ümumiyyətlə elektron protokol olduqda sürücü DYP orqanına gedib, bunu təsdiqlətməlidir və s.
Qanunvericiliyin bunula bağlı tələbi birmənalı və qətidir. Elektron protokol dərhal tərtib edilməli və dərhal "ASAN ödəniş" sisteminə ötürülməlidir. Bu o deməkdir ki, sürücü qaydanı pozduqdan bir neçə dəqiqə sonra ona görə cəriməni ödəmək imkanına malik olmalıdır. Bütün dünyada bu sistem belə qurulub və bizim qanun da bunu belə təsbit edib.
Düzdür, bu halda ödənişi etmək sürücünün öz seçimidir, çünki qanuna əsasən, hüquqi nəticə doğuran fakt elektron protokolun kağız daşıyıcıda sürücüyə çatdırılmasıdır. Yalnız bundan sonra müvafiq hüquqi proses başlayır: qərar qanuni qüvvəyə minir, onu ödəmənin müddətinin axımı başlayır, gecikmə olduqda hüquqi nəticələr meydana çıxır və s. Amma qanun deyir ki, sürücü qanuni qüvvəyə minməyən qərarı da icra edə (cəriməni ödəyə) bilər. Ona bu imkan yaradılmalıdır".
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO










