«Moyka»dan qaçırdığı avtomobillə «avtoş»luq edib yaxalandı - FOTO

Dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən və avtoxuliqanlıq hərəkətləri ilə diqqəti cəlb edən sürücü Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Nəsimi rayonu ərazisində saxlanılıb. Araşdirma zamanı məlum olub ki, «BMW» markalı avtomobilin sükanı arxasında əyləşən şəxs avtoyuma məntəqəsində işləyir. Nəqliyyat vasitəsinin isə həmin məntəqəyə sahibi tərəfindən yuyulmaq üçün verildiyi ortaya çıxıb. Obyektdə işləyən bu şəxs isə etibardan sui-istifadə edib və avtomobilin dövlət qeydiyyat nişanlarını çıxararaq maşını paytaxt ərazisində sürməyə başlayib. Amma onun bu qayda pozuntusu yol polislərinin diqqətini cəlb edib. Sürücüyə saxlama işarəsi verilsə də, o qaçmağa çalışıb. Ancaq çox da uzağa gedə bilməyib.
Elmin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR














