Müğənni yol polisini biabır etdi: «Niyə pul ödəmək üçün polisə getməliyik?»

“Binəqədi Rayon Polis İdarəsi öz qanunları ilə işləyirlər. Dövlət qanunlarından xəbərləri yoxdur”. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə müğənni Nura Suri “facebook”dakı rəsmi səhifəsində məlumat yayıb. Müğənni 20 manat cərimələndiyini, ödəmək üçün polis idarəsinə gedən atasına qarşı kobudluq etdiklərini bildirib: “2-ci dəfədir eyni problemlə üzləşirəm. Dayanma və durma qaydasını pozduğuma görə evə 20 manatlıq cərimə göndəriblər. Atam ödəmək üçün banka gedib. Deyiblər ki, qeydiyyata düşməyib, Binəqədi rayon Polis İdarəsinə gedin. Atam ora gedib. Cavan “serjant” 72 yaşlı atamla elə danışıb ki, elə bil ailəlikcə cinayət törətmişik. “Özü gəlsin, gəlməsə qeydiyyata salmayacağıq”,- deyib. Atam özünü güclə ələ alıb. 1-ci dəfə də belə olmuşdu. Axı nə vaxt bitəcək bu problemlər? Niyə pul ödəmək üçün polisə getməliyik? Qeydiyyata salınmadığına görə, onlayn ödəyə bilmirik”.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı












