Müharibə gedən ölkədə lüks avtomobil satışı artır - FOTO

Yanvarda Ukraynanın avtomobil bazarında maraqlı təzad yaranıb.
Avtosfer.az-ın xəbərinə görə, ölkədə ay ərzində təxminən 3 min ədəd yeni avtomobil satılıb. Bu da 2022-ci ilin müvafiq dövründəkindən 44% azdır. Ən çox satılan təızə avtomobil “Toyota” olub – 585 ədəd. İkinci yerdə isə 235 maşınlıa “Scoda” gəlir.
Maraqlı budur ki, azalma yalnız ucuz avtomobillərdə baş verib. Lüks seqmentdə satışlar 20,7% artıb. İlk beşliyə isə aşağıdakı modellər daxil olub:
Mercedes-Benz GLE
BMW X5
Mercedes-Benz GLS
BMW X7
BMW X6
Satılan təzə avtomobillərin ümumi sayı açıqlansa da, marka və model üzrə satışların təsnifatı aparılmayıb. Yalnız bildirilir ki, “Mercedes”in ümumi satışları 45% artaraq 220 ədədə çatıb.
Artımın səbəbini siyasi və iqtisadi kontekstdə axtarmaq lazımdır. Müharibə başlayandan Ukrayna Qərbdən milyardlarla dollar maddi və hərbi yardım alıb və almağa davam edir. Buna görə də, dövlət maddi çətinliklə üzləşmir. Kiyevə qarşı müntəzəm olaraq korrupsiya ittihamları səslənsə də, yardımın ardı-arası kəsilmir. Hətta ötən həftə ABŞ Senatı Ukraynanın büdcə kəsirini kompensasiya etmək üçün 4 milyard dollar yardım ayırıb.
Radiosu olmayan elektrikli maşınlarla bağlı qanunvercilik dəyişəcək? - AÇIQLAMA
Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: Ləğv oluna bilər...
“Stellantis” Fransadakı mühərrik zavodunu bağlayır
"Ford" yarım milyondan çox avtomobilini geri çağırır – Yanğın riski var
Avtomobil kondisioneri adamı zəhərləyir? - USTADAN CAVAB - VİDEO
Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR
Avropada elektromobil satışları bu səbəbdən artdı
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı













