Mühərrik yağları ilə bağlı yanlış təsəvvür - Ekspertlər həqiqəti açıqladı

Mühərrik yağının mövsümə görə "qış" və "yay" yağı ilə dəyişdirilməsi artıq köhnəlmiş bir yanaşma hesab olunur. Avtosfer.az "Baku.ws"ə istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu praktika əsasən keçmiş dövrlərdə mövcud olub. Həmin vaxtlarda istifadə olunan mineral yağlar temperatur baxımından məhdud imkanlara malik idi. Müasir sintetik və yarımsintetik yağlar isə bu problemi aradan qaldırıb. Belə yağlar stabil baza tərkibinə malikdir və il boyu geniş temperatur aralığında effektiv işləyir. Avtomobil sahibləri üçün əsas məsələ mühərrik istehsalçısının istismar təlimatında göstərilən yağ tövsiyələrinə əməl etməkdir. Xüsusi "qış" yağlarına yalnız ekstremal şaxtaların hökm sürdüyü bölgələrdə, məsələn, temperaturun tez-tez -35 dərəcədən aşağı düşdüyü ərazilərdə ehtiyac yarana bilər. Ekspertlər vurğulayıblar ki, mühərrikin uzunömürlü olması üçün əsas amil mövsümi yağ dəyişikliyi deyil, müntəzəm texniki baxım, tövsiyə olunan yağların istifadəsi və filtrlərin vaxtında dəyişdirilməsidir.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












