Nardaranda meydan boşaldı, yollar təmizləndi – FOTO

Noyabrın 29-da Nardaran qəsəbəsinin Hüseyniyyə Məscidində bir qrup qəsəbə sakini yaranmış vəziyyəti müzakirə edib. Nardaran sakini Natiq Kərimov bildirib ki, problem yalnız dinc yolla həll edilməlidir. O qeyd edib ki, hər cür qarşıdurmadan yayınmaq, hadisə zamanı dünyasını dəyişənləri dəfn edəndən sonra digər məsələləri də danışıqlar yolu ilə həll etmək lazımdır. N.Kərimov camaata meydanı boşaltmağı da təklif edib. Digər sakinlər də insanları meydanı boşaltmağa və evlərinə getməyə çağırıblar. Məscidə toplaşmış Nardaran sakinləri və insident zamanı həlak olanların yaxınları da fikirlərini bildiriblər. Sonda qəsəbənin mərkəzindəki İmam Hüseyn meydanının bu gün boşaldılması haqqında qərar verilib. Bununla da Nardaran qəsəbəsində sakinlərin toplaşdığı İmam Hüseyn meydanı boşalıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, artıq texnika vasitəsilə qəsəbənin yollarına tökülmüş daş-kəsək təmizlənib, mərkəzi meydanda qurulmuş çadır sökülüb. Sakinlər öz evlərinə dağılışıblar. Qəsəbəyə gələn marşrut avtobuslar və maşınlar ənənəvi yoldan istifadə edirlər.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR


















