Naxçıvanda 5 nəqliyyat vasitəsi hərrac yolu ilə özəlləşdirilib - FOTO

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın dövlət qurumlarına məxsus 15 nəqliyyat vasitəsinin özəlləşdirilməsi ilə bağlı hərrac keçirilib.
Avtosfer.az xəbər verir ki, 5 nəqliyyat vasitəsinin hərracında iştirak etmək üçün 7 sifarişçi qeydiyyatdan keçib. Rəqabətli keçən prosesdə nəqliyyat vasitələri üzrə 5 qalib müəyyənləşdirilib. Digər 10 nəqliyyat vasitəsinə isə sifariş olmadığından həmin hərraclar baş tutmamış hesab edilib.
Qeyd edək ki, nəqliyyat vasitələrinin özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 12 fevral 2026-cı il tarixdə keçiriləcəkdir. Keçiriləcək hərraclarla bağlı ətraflı məlumatı Əmlak Məsələləri Dövlət Xidmətinin (http://nemlak.gov.az/az/) və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin (http://nauksion.gov.az) rəsmi saytlarından əldə etmək olar.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?














