Nazir oğlu bahalı avtomobillərini ölkədən çıxarıb - FOTOLAR

Nəqliyyat naziri Ziya Məmmədovun başının üstündə dolaşan qara buludlar, deyəsən, sıxlaşmaqdadır. Afn.az xəbər verir ki, bu barədə düşünməyə Z.Məmmədovun, həmçinin onun ailə üzvlərinin daşınar və daşınmaz əmlakı ilə bağlı verdikləri qərarlar vadar edir. Belə ki, məlumatlı mənbənin saytımıza verdiyi xəbərə görə, indi də nazirin oğlu Anar Məmmədov özünün avtomobillərini ölkədən xaricə çıxarmağa başlayıb. Onun avtomobil parkında çoxlu sayda bahalı maşınların olduğu bildirilir (bununla bağlı müəyyən dəqiqləşmələr apardıqdan sonra ətraflı məlumat verəcəyik-red.). Hətta o da qeyd edilir ki, onun avtomobillərinin toplam qiyməti milyonlarla ölçülür. A.Məmmədovun bahalı avtomobil həvəskarı olduğu da danışılanlar arasındadır. Məsələn, bir müddət əvvəl onun 750 min avroya xüsusi "Rang Rover” yığdıraraq ölkəyə gətirmək istəməsi, lakin ölkə rəhbərliyinin 250 mindən bahali avtomobillərin ölkəyə buraxılmaması ilə bağlı göstərişinə uyğun olaraq, gömrükdən geri qaytarılması məsələsi xeyli gündəmdə oldu. Həmin avtomobilin A.Məmmədovun Türkiyədəki villasının həyətində saxlandığı bildirilirdi.
Qeyd edək ki, avtomobil sifarişlə Mançester şəhərində zavodda hazırlanıb. Oradan Almaniyanın Ştutqard şəhərinə BMV-nin zavoduna gətirilib. Avtomobil zavodda salonu "X 6" olmaqla eksklüziv yığılıb. Həmin avtomobildən dünyada cəmi 3 dənə olduğu bildirilir.
Nazir oğlunun toy karvanında ən bahalı avtomobillərin olması da onun bahalı maşın həvəskarı olması xəbərini doğrulayan məqamlardan biri kimi xeyli müddət müzakirə mövzusu olmuşdu.
Nəqliyyat naziri Ziya Məmmədova məxsus "Evim” restoranının da satışa çıxarılması haqda bir müddət əvvəl media yazmışdı. Bildirilirdi ki, restoran Bakı Beynəlxalq Avtovagzalı ilə üzbəüz 10 sotun icində tikilib və xususi dizaynla təmir olunub. Umumi sahəsi 700 kvadrat metrdir. Restoranın 3 boyuk zalı, 3 kabineti , həyətdə 4 kabineti və acıq verandası var. Əmlak alqı-satqısı saytlarından birində satış elanı verilən restoranın nəqliyyat nazirinə məxsus olması haqda mediaya məlumat elə nazirin yaxın ətrafı tərəfindən ötürülmüşdü.
Bu günlərdə isə Ziya Məmmədovun Göyçay rayonunun Hüngütlü kəndindəki dəbdəbəli villasını satdığı barədə xəbər yayıldı. Bildirilir ki, villanı alan Rusiyada yaşayan milyarder Fərhad Əhmədovun bacısı Kəmalə Əhmədovadır. Villanın neçəyə satılması barədə heç bir məlumat olmasa da, mənbə nazirin xeyli sayda əmlakını satışa çıxardığını bildirir.
Adının çəkilməsini istəməyən ekspert bizimlə söhbətində nazirin əmlakını satışa çıxarmasının obyektiv və subyektiv səbəblərinin ola biləcəyini qeyd etdi: "Bu, onun "vurulması” ilə də bağlı ola bilər, devalvasiya ilə də. Amma nəzərə alsaq ki, digər məmurlar bu məqamda belə addımlar atmırlar, o zaman devalvasiya ilə əlaqəsinin az olduğu təsəvvürü yaranır. Görünür, nəqliyyat nazirinin bir müddət cənab prezidentin ətrafında görünməməsi və bunun nazirin "vurulması” ilə bağlı olması haqda mediada özünə yer alan şərhlər həqiqətə daha yaxındır. Çox güman ki, Z.Məmmədov artıq başı üzərindəki qara buludları görür və hansısa önləmə tədbirləri almağa çalışır”.
Bir USB ilə bütün sistemi sıradan çıxa bilər - Avtomobil üçün gizli təhlükə
Bu məşhur 5 avtomobili almayın! - SİYAHI
Maşınınıza ehtiyat hissələri alarkən diqqətli olun: Köhnə və xarab detallar satılır
Çin istehsalı olan avtomobillərin hərbi obyektlərə girişi qadağan edilir
Avtomobil qışda neçə gün hərəkətsiz qala bilər? - AÇIQLAMA
“BMW” və “Porsche”lər öz-özünə sönməyə başlayıb – Səbəb nədir?
Bakıda “kitayski” maşınlar niyə bahalaşdı?
Soyuq havalarda avtomobil necə işə salınır?
Elektrikli avtomobil sahiblərinə vacib xəbər – Qaydalar və cərimələr açıqlandı
Qarlı hava qəzaları artırır – USTADAN XƏBƏRDARLIQ
Avtomobili qışa necə hazırlamalı? - Mütəxəssis tövsiyəsi













