Nazirlik taksi sürücülərinə müraciət etdi

Dövlət Avtomobil Nəqliyyatı Xidməti “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımaları” MMC taksi sürücülərinə müraciət edib. Avtosfer.az xəbər verir ki, bu gün Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətində taksi sürücülərinin fəaliyyətində keyfiyyətin yüksəldilməsini təmin etmək məqsədilə bir sıra tədbirlər planı müzakirə olunub. Belə ki, ümumi istifadədə olan sərnişin avtonəqliyyat vasitələrinin, o cümlədən taksi minik avtomobillərinin müvafiq texniki normaların və standartların tələblərinə uyğunluğunun və texniki cəhətdən saz vəziyyətdə olmasının müəyyən edilməsi üçün taksi daşımaları fəaliyyəti göstərən avtonəqliyyat vasitələri rübdə bir dəfə texniki müayinədən keçirilərək müvafiq sənədlərlə təsdiq edilməlidir. Həmçinin, taksi fəaliyyəti ilə məşğul olan sürücülər fəaliyyət növü üçün ayda bir dəfə fərqlənmə nişanı aldığı vaxt, 5 AZN məbləğində taksi dayanacağı üçün aylıq ödənişi xəzinəyə ödəyərək Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən bütün taksi dayanacaqlarından və yolun nəqliyyat vasitələrinin hərəkətinə mane olmayan hissəsində sərbəst istifadə edə bilərlər.
Emin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










